BDM Belarusda silsilə tədbirlər keçirib
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Belarusiyada silsilə tədbirlər həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilib.
25 Oktyabr 2016 16:37 SosialBeynəlxalq Diaspor Mərkəzi (BDM) Belarusiyada silsilə tədbirlər həyata keçirib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirlər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. İlk tədbir Yanki Kupala adına Qrodno Dövlət Universitetində keçirilib. Universitet rəhbərliyi başda olmaqla professor, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə BDM tərəfindən rus dilində "Nezavisimiy Azerbaycan - 25" adlı film nümayiş etdirilib. Daha sonra BDM sədri İsmayıl Ağayev, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Qrodno Azərbaycanlıları Konqresinin sədri Namiq Vəliyev və sədr müavini Arif Xudayarov Azərbaycanın müstəqillik tarixi və siyasi-iqtisadi inkişafından bəhs edən çıxışlar ediblər. Layihə çərçivəsində növbəti tədbir Baranoviç Dövlət Universitetində baş tutub. İlk öncə universitetin rektoru, professor Vasiliy Koçurko və BDM nümayəndə heyəti arasında görüş keçirilib. Universitetin professor, müəllim və tələbə heyətinin iştirakı ilə Azərbaycanın müstəqilliyinə həsr edilmiş tədbirdə çıxış edən birinci prorektor Aleksandr Unsoviç BDM nümayəndə heyətini salamlayıb, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə universitet adından Azərbaycan xalqını təbrik edib. Sonra BDM sədri Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi və Belarusiya-Azərbaycan münasibətləri haqqında çıxış edib. Çıxışdan sonra BDM tərəfindən hazırlanmış rus dilində "Nezavisimiy Azerbaycan - 25" adlı film nümayiş etdirilib. Keçirilən tədbirlərdə həmçinin BDM tərəfindən hazırlanmış hədiyyələr hər iki universitetin rəhbərliyinə təqdim olunub. Eyni zamanda bukletlər, filmlər, kitablar və digər hədiyyəlik əşyalar müəllim və tələbə heyətinə paylanılıb. Səfər müddətində BDM nümayəndə heyəti Qrodno Azərbaycanlıları Konqresində və Minskdə diaspor fəalları ilə görüşlər keçirib.