Ermənistanın növbəti siyasi tərbiyəsizliyi
ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: “bir qarış da olsun torpaq geri qaytarılmayacaq.
25 Oktyabr 2016 17:00 SiyasətATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: "bir qarış da olsun torpaq geri qaytarılmayacaq. Məsələyə sərt münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev "OLAYLAR"-a verdiyi açıqlamada bunun siyasi "tərbiyəsizlik" adlandırıb: "Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin sadəcə olaraq, tüpürmələridir. Torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar. Sual yaranır: Onda danışıqlar, "konstruktiv danışıqlara hazırlıq" haqda Ermənistan prezidentinin bəyanatları nəyə lazımdır? Bir halda ki, Ermənistanın yeni hökumətinin proqramına "bir qarış da olsun torpaq" prinsipi salınıb, danışıqları necə konstruktiv adlandırmaq olar? Axı söhbət başqa ölkənin - Azərbaycanın işğal edilmiş torpaqlarından gedir, hansı ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Hesab edirəm aidiyyatı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqe ortaya qoymalıdırlar. Ermənistanın cinayətkar, terrorçu rejimi bilməlidir ki, biz bir qarış da olsun torpaqlarımızı sizdə qoymayacağıq. Prezidentin dediyi kimi biz Göyçəyə, Zəngəzura, İrəvana qədər gedərək tarixi ərazilərimizi bərpa edəcəyik"