“ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti” layihəsinin ilk tədbir keçirildi

Gənc fəal Günel Süleymanova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti” layihəni icra edir.

Gənc fəal Günel Süleymanova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "ƏDƏBİYYAT: Nəsillərin vəsiyyəti" layihəni icra edir.

Layihə çərçivəsində Sumqayıt şəhərində 4 saylı tam orta məktəbdə ilk tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri layihənin məqsədi və donoru haqqında məlumat verib. Bildirilib ki, yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması, onların kitabxanalardan istifadə etməsinin cəmiyyətdəki rolu əvəzolunmazdır.  

Layihənin eksperti şagirdlərə bədii və elmi ədəbiyyatın onların biliklərinin artırmasında, yeni nəsil nümayəndələrinin, ələlxüsus yeniyetmə və məktəblilərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında, təhsil imkanlarının artırılmasında əhəmiyyətindən danışıb.

Sonra şagirdlər yay tətilində oxuduqları kitablar haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31