Gündəm
V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır
Olaylar.az AZƏRTAC-a istinadən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin məqaləsini təqdim edir:
Binəqədidə binadakı yanğınla bağlı məhkəmədə şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
Qabil Hüseynli: "Sarkisyanın siyasi gedişləri Avropaya xoş gəlmək üçündür"
"NATO ölkələrinin hər birində müdafiə naziri mülki şəxs olur, ordunun idarəetməsi Baş Qərargaha həvalə edilir. Sarkisyan da göstərmək istəyir ki, orduda ciddi, Avropa və NATO standartlarına uyğun islahatlar aparır. Guya, Ermənistanda NATO standartlarına uyğun ordu quruculuğu aparmaq istəyirlər. Halbuki, ordu bütünlüklə Rusiyanın nəzarətindədir və rus silahları ilə təchiz edilib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Türk sənətçilər Azərbaycan dərnəyini ziyarət edib
Türkiyədə yeni təsis olunan Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin fəaliyyətinə qardaş ölkədə diqqət artır. Dərnəkdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, Türkiyənin tanınmış sənət adamları Musa Yılmaz və Bulut Aras, eləcə də Almaniyada yaşayan yazıçımız Əzimə Ağalarova Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyini ziyarət edib. Dərnəyin ofisində qurumun sədri Aynur Məmmədova, baş katibi Ruziyyə Əhmədli, eləcə də İdarə Heyətinin üzvü Bedia Çətinlə görüşüb, rəhbərliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Aynur Məmmədova da öz növbəsində rəhbərlik etdiyi təşkilatın qarşısında duran vəzifələr, gələcək fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Görüşün sonunda dərnək sədri qonaqlara Azərbaycan bayrağı və romanları hədiyyə edib. Öz növbəsində yazıçı Əzimə Ağalarova da dərnəyə 50 ədəd kitab hədiyyə edib.
“Azərsu” ASC-nin xidmət bölmələrinə 18956 müraciət daxil olub
Cari ilin 9 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 18956 müraciət edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, müraciətlərin 5412-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 3879-u yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 3126-ı abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 1990, ödənişlə bağlı 1515, borclar haqqında məlumatların verilməsi ilə bağlı 1400, digər məsələlərlə bağlı 1634 müraciət daxil olub. Ən çox müraciət (5490) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
Beyləqanın daha 2 kəndinə təbii qaz verilib
Oktyabrın 27-də Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62793 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30120 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.
Hərbi Hava Qüvvələrinin yeni Birləşmiş Komanda Məntəqəsi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissədə olub. “OLAYLAR”-ın xəbərinə görə, nazir ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək yeni istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.
Hesablama Palatası yoxlamaların nəticələrini açıqladı
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. “Olaylar” Palatanın saytına istinadən bildirir ki, iclasda Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı nəticələri açıqlanlb. Bundan əlavə, digər təqdimat aşağıdakı istiqamətdə olub:
Bakıda 65 yaşlı qadının cəsədi aşkar edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Olaylar” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Litsiyeva Təhminə Nemətulla qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:37-da başa çatıb.
Dillər Universitetində yeni təyinat
Azərbaycan Dillər Universitetində yeni təyinat həyata keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, jurnalist Araz Ağayev ali təhsil ocağının İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunub. Araz Ağayev əmin olduğunu bioldirib ki, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində jurnalist həmkarlarla əməkdaşlıq faydalı olacaq: “Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm. Eyni zamanda bildirirəm ki, Azərbaycan Dillər Universitetinin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq”.
Akademik Urxan Ələkbərov: "Naxçıvan innovativ inkişaf sahəsində liderliyini qoruyub saxlayır"
Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük inkişafın təmin olunması, ilk növbədə, muxtar respublikada dövlət idarəçiliyi sahəsində atılan ardıcıl və qətiyyətli addımların, idarəetmənin düzgün təşkil edilməsinin nəticəsidir. Düzgün idarəetmədə başlıca amil olan varisliyin qorunması burada hər bir sahədə özünü büruzə verir. Muxtar respublikaya hər gəlişimizdə böyük dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Naxçıvan şəhəri ilbəil deyil, günbəgün gözəlləşir, abadlaşır.
ABŞ-ın “demokratiya” ənənəsi
Amerikada yeni bir seçki həyəcanı yaşanır. Gələn ay baş tutacaq prezident seçkilərində əsas mübarizə Donald Tramp və Hillari Klinton arasında gedir. Əslində isə bunu heç də prezidentliyə namizədlər arasında gedən mübarizə yox, Birləşmiş Ştatların nəhəng maliyyə bossları, sərmayəçilərinin Ağ Evi, bir qədər də dəqiqləşdirsək Amerikanın növbəti 4 il müddətində həyata keçirəcəyi siyasəti nəzarətə götürmək adlandırmaq düzgün olar.
Salonlarda işləyən, televiziyalarda özünü reklam edən kosmetoloqların çoxunun savadı yoxdur
“Bu gün ölkədə kifayət qədər dermatoloq kimi fəaliyyət göstərənlər var. Lakin onların bir çoxunun müvafiq istiqamət üzrə təhsili olmur və müxtəlif kurslarda oxuyandan sonra mütəxəssis kimi fəaliyyətə başlayırlar”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcov deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər.
Şok kadrlar: ana 8 yaşlı qızını küçədə zəncirlədi
Qızını cəzalandırmaq fikrinə düşən ana onu küçədəki işıq dirəyinə zəncirləyib. Səbəb qızın ötən gün məktəbə getmək əvəzinə rəfiqələri ilə parkda oynaması olub.














