Hesablama Palatası yoxlamaların nəticələrini açıqladı

Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. “Olaylar” Palatanın saytına istinadən bildirir ki, iclasda Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı nəticələri açıqlanlb. Bundan əlavə, digər təqdimat aşağıdakı istiqamətdə olub:

Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. "Olaylar" Palatanın saytına istinadən bildirir ki, iclasda Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı nəticələri açıqlanlb. Bundan əlavə, digər təqdimat aşağıdakı istiqamətdə olub: Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; Dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair; Rayon (şəhər) məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair ekspert-analitik təhlilin nəticələri ilə bağlı. İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31