“Azərsu” ASC-nin xidmət bölmələrinə 18956 müraciət daxil olub
Cari ilin 9 ayında “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 18956 müraciət edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, müraciətlərin 5412-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 3879-u yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 3126-ı abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 1990, ödənişlə bağlı 1515, borclar haqqında məlumatların verilməsi ilə bağlı 1400, digər məsələlərlə bağlı 1634 müraciət daxil olub. Ən çox müraciət (5490) Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət” mərkəzində qeydə alınıb.
27 Oktyabr 2016 17:38 SosialCari ilin 9 ayında "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "Azərsu" ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı 18956 müraciət edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən "OLAYLAR"-a bildirilib ki, müraciətlərin 5412-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 3879-u yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 3126-ı abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 1990, ödənişlə bağlı 1515, borclar haqqında məlumatların verilməsi ilə bağlı 1400, digər məsələlərlə bağlı 1634 müraciət daxil olub. Ən çox müraciət (5490) Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət" mərkəzində qeydə alınıb.