ABŞ-ın “demokratiya” ənənəsi
Amerikada yeni bir seçki həyəcanı yaşanır. Gələn ay baş tutacaq prezident seçkilərində əsas mübarizə Donald Tramp və Hillari Klinton arasında gedir. Əslində isə bunu heç də prezidentliyə namizədlər arasında gedən mübarizə yox, Birləşmiş Ştatların nəhəng maliyyə bossları, sərmayəçilərinin Ağ Evi, bir qədər də dəqiqləşdirsək Amerikanın növbəti 4 il müddətində həyata keçirəcəyi siyasəti nəzarətə götürmək adlandırmaq düzgün olar.
27 Oktyabr 2016 17:28 SiyasətAmerikada yeni bir seçki həyəcanı yaşanır. Gələn ay baş tutacaq prezident seçkilərində əsas mübarizə Donald Tramp və Hillari Klinton arasında gedir. Əslində isə bunu heç də prezidentliyə namizədlər arasında gedən mübarizə yox, Birləşmiş Ştatların nəhəng maliyyə bossları, sərmayəçilərinin Ağ Evi, bir qədər də dəqiqləşdirsək Amerikanın növbəti 4 il müddətində həyata keçirəcəyi siyasəti nəzarətə götürmək adlandırmaq düzgün olar. Birmənalı olaraq hər kəsə bəllidir ki, Birləşmiş Ştatlarda keçirilən president seçkilərinin taleyini sadə vətəndaşlar, seçicilər deyil, məhz iri sərmayədarlar, maliyyə bossları həll edir. Məhz həmin biznes dairələrinin ayırdığı maliyyə vəsaiti hesabına seçkilərə qatılan istənilən namizəd qələbə qazanacağı təqdirdə ona 4 illik müddətə Ağ Evə "hədiyyə" edən bossların maraqlarına xidmət edir. Bir sözlə xalq özünün seçdiyini zənn edərkən, əslində böyük sərmayə Ağ Evə yeni rəhbər təyin edir. Nə qədər təccüblü də olsa maliyyə bossları hesabına Ağ Evdə aparılan təyinat demokratiya adlanır. Bu azmış kimi Amerika demokratiyası adı ilə dünyaya sıranır.
Ümumiyyətlə, qeyri-obyektiv olaraq dünyaya nümunə kimi göstərilən Birləşmiş Ştatlarda seçki sistemi monopolistlərin, siyasilərdən bazar məhsulu kimi istifadə edən maliyyə bosslarının iradəsi ilə formalaşıb. Buna ən bariz nümunə ondan ibarətdir ki, məhz həmin maliyyə bosslarının maraqlarına cavab verməyən heç bir şəxs nəinki Ağ Evə rəhbər, hətta konqresə və ya senata seçilə bilməz. Bütün halda sadə amerikalıların mütləq əksəriyyəti dəstək versə belə monopolist dairələrin dəstəyi olmadığı təqdirdə bu və ya digər şəxsin seçilmə şansı yoxdur. Yalnız özlərini tamamilə sərmayəyə qurban verənlər, monopolistlərin sözünü deyənlər Ağ Evdə president kreslosuna otura bilərlər. Birləşmiş Ştatlarda bundan əvvəl keçirilən seçkilər və bu illər ərzində baş verən proseslər də onu deməyə əsas verir ki, Ağ Evə rəhbər "təyin" olunanların ixtiyarı heç də öz əllərində olmur. Onların qəbul etdiyi hər bir qərar monopolist, sərmayəçilərlə məsləhətləşdirilir. Bir sözlə demokratiya kimi təqdim edilən bu ölkədə president sadə amerikalılar deyil, onu hakimiyyətə gətirənlərin havasına oynayır. Bunun istər oğul Corc Buş, istər Barak Obama, istərsə də digər prezidentlərin zamanında əyani şahidi olduq. Necə ki, Buş sadə amerikalıların təkidli tələblərinə rəğmən İraqa girərək bu ölkəni xarabalığa çevirdi, eləcə də Barak Obama öz vətəndaşlarının mövqeyini nəzərə almayaraq İraqla bağlı siyasətini dəyişmədi. Suriyanı özünə tabe etməyə çalışdı. Nə qədər qəribə və gülünc doğursa da prezidentin xalqın mövqeyini nəzərə almaması Birləşmiş Ştatlar tərəfindən antidemokratik idarəçilik yox, məhz xalqla dövlət başçısının həmrəy olması, bir-birinə dəstək nümayiş etdirməsi demokratik prinsiplərə zidd hesab olundu.
Oğul Corc Buşun prezidentlik dövrünə nəzər yetirsək görərik ki, məhz onun 8 illik prezidentlik müddətində Birləşmiş Ştatlarda siniflər arasındakı gəlir uçurumu inanılmaz dərəcədə böyüdü. Bu gün Amerikada 50 milyona yaxın insan işsizdir və bir o qədər də insan müvəqqəti işlərdə heç bir ictimai zəmanəti olmadan çalışır. Yoxsulluq həddində yaşayanların sayı 40-50 milyon arasında dəyilşir. Təkcə Corc Buş dönəmində yalnız istehsal sənayesində 2,5 milyon adam işini itirib.
Ümumiyyətlə, Birləşmiş Ştatların istər siyasi, istər iqtisadi, istərsə də sosial və digər sahələrinə, həyat tərzinə nəzər yetirəndə açıq-aşkar görünür ki, bu ölkədə demokratiya yalnız sözdədir. Yalnız demokratiya reklam xarakteri daşıyır. Demokratiya ancaq Ağ Evin maraqlarına xidmət etməyən dövlətlər üçün təsir vasitəsidir. Baxmayaraq ki, o demokratiya, demokratik ənənənlər bizlərin Amerikadan uzaq olduğumuz qədər də elə Amerikanın özündən uzaqdadır, ancaq bundan bir təsir vasitəsi kimi istifadə edilir. Amma bu mifi aradan qaldırmağın artıq zamanı yetişib desək yanılmarıq. Hər 1,5 saatda 18 yaşından kiçik bir uşağın odlu silahlarla vurularaq öldürüldüyü, qadına yönəlik cinayətin, şiddətin son dərəcə məşhur olduğu, hər 6 qadından birinin təcavüzə məruz qaldığı bir ölkə necə demokratiya deyib hay-həşir sala bilər? Bundan başqa bu gün insan hüquq və azadlıqlarından danışan Birləşmiş Ştatların həbsxanalarında 3 milyona yaxın məhkum olduğu halda Amerikada hansı demokratiya və insane hüquqlarından danışmaq olar?. Bütün bu göstəricilər Amerika cəmiyyətinin necə bir böhran içində olduğunun göstəricisidir. Özü də bu böhran getdikcə dərinləşməyə doğru gedir. Səbəbi isə aydındır. Çünki amerikalılar üçün böhranı ilk növbədə Ağ Evə seçilmiş şəxslər yaradır.
S.İsmayılbəyli