Beyləqanın daha 2 kəndinə təbii qaz verilib
Oktyabrın 27-də Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62793 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30120 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.
27 Oktyabr 2016 17:37 SosialOktyabrın 27-də Beyləqan rayonunun İkinci Şahsevən və Aşağı Çəmənli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, bildirilib ki, 584 abonenti olan İkinci Şahsevən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 62793 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 243 abonenti olan Aşağı Çəmənli kəndinin qazlaşdırılması üçün 30120 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.