Türk sənətçilər Azərbaycan dərnəyini ziyarət edib

Türkiyədə yeni təsis olunan Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin fəaliyyətinə qardaş ölkədə diqqət artır. Dərnəkdən “OLAYLAR”-a daxil olan məlumatda bildirilib ki, Türkiyənin tanınmış sənət adamları Musa Yılmaz və Bulut Aras, eləcə də Almaniyada yaşayan yazıçımız Əzimə Ağalarova Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyini ziyarət edib. Dərnəyin ofisində qurumun sədri Aynur Məmmədova, baş katibi Ruziyyə Əhmədli, eləcə də İdarə Heyətinin üzvü Bedia Çətinlə görüşüb, rəhbərliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Aynur Məmmədova da öz növbəsində rəhbərlik etdiyi təşkilatın qarşısında duran vəzifələr, gələcək fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Görüşün sonunda dərnək sədri qonaqlara Azərbaycan bayrağı və romanları hədiyyə edib. Öz növbəsində yazıçı Əzimə Ağalarova da dərnəyə 50 ədəd kitab hədiyyə edib.

Türkiyədə yeni təsis olunan Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyinin fəaliyyətinə qardaş ölkədə diqqət artır. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Türkiyənin tanınmış sənət adamları Musa Yılmaz və Bulut Aras, eləcə də Almaniyada yaşayan yazıçımız Əzimə Ağalarova Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyini ziyarət edib. Dərnəyin ofisində qurumun sədri Aynur Məmmədova, baş katibi Ruziyyə Əhmədli, eləcə də İdarə Heyətinin üzvü Bedia Çətinlə görüşüb, rəhbərliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Aynur Məmmədova da öz növbəsində rəhbərlik etdiyi təşkilatın qarşısında duran vəzifələr, gələcək fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Görüşün sonunda dərnək sədri qonaqlara Azərbaycan bayrağı və romanları hədiyyə edib. Öz növbəsində yazıçı Əzimə Ağalarova da dərnəyə 50 ədəd kitab hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31