Gündəm
Yıldırım dekabrın əvvəlində Rusiyaya səfər edəcək
Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın ilk həftəsində Rusiyaya səfər edəcək. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Yenisafak" qəzeti yazıb. Məlumata görə, rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə B.Yıldırım iki ölkə arasında münasibətlərin daha da normallaşdırılması istiqamətində növbəti addımları müzakirə edəcək.
"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik"
"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır". Olaylar.az bildirir ki, bu sözləri bu gün Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.
Dünya şokda: Hamilə ikən hamilə qaldı
2006-cı ildə polikistik over sindromu diaqnozu qoyulan Keyt Hill adlı qadın və həyat yoldaşı Peterövlad sahibi olmaq istəyiblər.
Bakıda gecə klubuna girmək istəyən turist döyüldü
Bakıda ərəb turist gecə klubunda döyülüb. Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Paytaxtın mərkəzində Küveyt vətəndaşı ötən bazar günü döyülüb. Polis idarəsindən bildirilib ki, saat 05:40-da Küveyt vətəndaşı Airoomi Əbdüləziz Əl Səud (1995-ci il) 39-cu bölməyə müraciət edib.
Özünü jurnalist kimi təqdim edərək vətəndaşlardan şantaj yolu ilə pul alan şəxslər tutulub
Biləsuvarda jurnalistlər tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Bəydili kənd sakini Leyli Xudaverdiyeva polisə müraciət edərək özlərini "Tərəqqi TV" (tereqqi.tv) xəbər portalının baş redaktoru Aygün Həsənova, redaktor müavini Nahid Babayev və müxbir Elmir Əsgərov kimi təqdim edən şəxslərin Xırmandalı kəndində ona məxsus yeməkxanaya gəldiklərini, obyektdə əxlaqsızlıq yuvası saxlamasını iddia edərək bununla bağlı videoçəkiliş apardıqlarını və görüntünü sosial şəbəkədə yayacaqları ilə hədələyərək ondan 500 manat pul istədiklərini bildirib.
Nuşirəvan Məhərrəmli: “TRT 1-lə bağlı məsələ həllini tapacaq”
“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ həllini tapacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
ABŞ-Azərbaycan iqtisadi əlaqələri bundan sonra da davam edəcək
"Azərbaycan ABŞ və digər ölkəkərlə əlaqələrini strateji müttəfiqlik prinsipləri ilə qurmaqda maraqlıdır. Ölkəmiz Qərbin eləcə də Amerikanın regiondakı enerji siyasətinə töhfə verən ölkələr sırasındadır". Bunu SIA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Elmar Məmmədyarov Portuqaliyaya səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər əsnasında nazir E.Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.
Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri müzakirə edilmiş, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su təchizatı, nəqliyyat - yol şəbəkəsi və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub. Görüş zamanı AİB-in 2017-2019-ci illər üçün Azərbaycan üzrə Biznes Planı çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsi, dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulması və inkişafı, bir sıra sahələrdə texniki yardımlar, eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan xalqına qarşı xəyanət ediblər
“Rusiya, Amerika və Fransa üçlüyü Dağlıq Qarabağı və ətraf əraziləri Azərbaycan torpağı saymaqları hələlik yalnız sözdə ifadə edirlər. Reallıqda isə onlar bizə çox acı və fəlakətli ssenari hazırlayıblar. Müharibəyə razı deyillər və özləri də danışıqlar yolu ilə heç nə etmək istəmirlər. Bəlkə mən yanılıram? Apreldə baş verənlərdən görün nə qədər vaxt ötdü? Bunların heç vecinə deyil ki, Qarabağda vəziyyət necədir və necə olacaq. Yeganə çalışdıqları boş-boş bəyanat və Azərbaycanı Dağlıq Qarabağın azad olunması uğrunda savaşdan müxtəlif təzyiqlər vasitəsiylə çəkindirməkdir”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Aİ ilə Azərbaycan arasında ciddi yaxınlaşma prosesi gedir
“Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi yaxınlaşma prosesi gedir. Azərbaycanın Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etməsi müsbət hadisələrin başlanğıcıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla yeni saziş üzrə danışıqlara başlanması üçün mandat verilməsini şərh edərkən deyib.
Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır
Dünya birjalarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.
Bu gün sürücülərə pərdə və plyonkadan istifadə üçün verilən icazənin müddəti başa çatır
Azərbaycanda noyabrın 15-dən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
Sabiq MTN generallarının həbs müddəti uzadılıb
“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.
Rəqiblərimiz oynayır, yığmamız istirahət edir
Bu gün milli komandaların iştirakı ilə növbəti oyunlar keçiriləcək. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunu başa vuran Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayacaq.














