Gündəm

Reydlər başlayır - Son gün

15 Noyabr 2016 11:32

"Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

Fahriye Evcen yeni serialla ekranlara qayıdır

15 Noyabr 2016 11:24

Türkiyədə yeni serialın çəkilişlərinə başlanılıb. Milli.Az "Sözcü"yə istinadla bildirir ki, bu serialın baş rollarına Engin Akyürek, Sarp Levendoğlu vəFahriye Evcen çəkiləcəklər.

"Zara"dan paltar aldı, içindən siçan leşi çıxdı

15 Noyabr 2016 11:22

"Paltarı evə gətirib geyinəndə pis qoxu hiss etdim. Paltar leş iyi verirdi. Əvvəl fikir vermədim o iyə". Milli.Az New York Daily News-a istinadən bildirir ki, Nyu-York sakini Kayli Fisel "Zara" şirkətini məhkəməyə verib. Onun dediyinə görə, Konnektikut ştatındakı Qrinviç şəhərində yerləşən "Zara" dükanından aldığı donun içindən siçan leşi çıxıb.

Maşallah Əhmədovun cinayət işindəki iranlı şahid həbs edildi

15 Noyabr 2016 11:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Rusiyada daha 2 İŞİD-çi tutuldu

15 Noyabr 2016 11:19

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD-lə bağlı olan 5 nəfəri tutub. Onlar İnquşetiya və Moskvada terror aktları hazırlamaqda şübhəli bilinirlər. Milli.Az TASS-a istinadən bildirir ki, həmin şəxslərdən istifadəyə hazır və hər biri 10 kq trotil ekvivalentində 2 əldəqayırma partladıcı qurğu, kustar elektrodetonatorlar və s. götürülüb.

Millimizin rəqibi: "Bütün oyunlara 3 xal üçün çıxmalıyıq"

15 Noyabr 2016 11:17

"Norveç üzərində qələbə qazanmaqla, vacib 3 xal əldə etdik. Amma cari seçmə mərhələdə özümüzə bənzəmirik". Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suxideyib.

"Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" sərgisinin açılışında iştirak edib 

15 Noyabr 2016 11:15

Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında "Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları" adlı sərginin açılışı olub. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Bu şəxslər avtobus sürmək üçün vəsiqə ala bilməzlər

15 Noyabr 2016 11:12

"Yol hərəkəti haqqında" Qanuna avtobus sürücülərinin yuxarı yaş məhdudiyyəti ilə bağlı edilmiş dəyişiklik bu gündən qüvvəyə minir. Milli.Az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dəyişikliyə əsasən, bu gündən etibarən 65 yaşı tamam olan şəxslər Azərbaycanda "D" və "DE" kateqoriyalı sürücülük vəsiqəsi ala bilməzlər:

Köhnə divan aldılar, içindən 41 min dollar tapdılar

15 Noyabr 2016 11:07

Amerikada maraqlı olay baş verib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Nyu-Yorkdakı binaların birində kirayə qalan tələbələr evə mebel almaq istəyiblər. Lakin onların yeni mebel almağa pulları çatmayıb. Buna görə də tələbələr işlədilmiş, köhnə divan alıblar.

Səhrada insan siması peyda oldu

15 Noyabr 2016 11:06

Namibiyadakı Namib səhrasında unikal görüntülərin fotoları çəkib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fotoların müəllifi 56 yaşlı monakolu Valerio Leonedir. O, 80 milyon il yaşı olan səhranın üzərində təyyarədə uçarkən bu unikal fotoları çəkib.

Messinin halı pisləşdi

15 Noyabr 2016 11:02

Argentina millisinin futbolçusu Lionel Messinin təyyarədə halı pisləşib. Olaylar.az qol.az-a istinadən xəbər verir ki, uçuş zamanı özünü pis hiss edən 29 yaşlı oyunçuya komandanın tibbi heyəti köməklik edib.

Putindən Medvedevə nazirin həbsi ilə bağlı xüsusi tapşırıq

15 Noyabr 2016 11:01

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi məsələsini müzakirə ediblər. 

Kuzey Kıprıs Türk Cümhuriyyəti milli bayram gününü qeyd edir

15 Noyabr 2016 08:00

Kuzey Kıprıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) qurulmasından 33 il keçir. Kuzey Kıbrıs Türk Cumhuriyyətində bu gün milli bayram günü kimi qeyd olunur. Çünki Kıbrıs Türkləri millət olaraq mübarizə və əzim veriblər. Türk dövlətlərinin ən kiçik, amma şah əsəri olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1974-cü ilin bu günü öz talelərini həll etmişdir. 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti (türk. Kıbrıs Türk Federe Devleti) adını daşımışdır. Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılıb.