Putindən Medvedevə nazirin həbsi ilə bağlı xüsusi tapşırıq
Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi məsələsini müzakirə ediblər.
15 Noyabr 2016 11:01 DünyaRusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsi məsələsini müzakirə ediblər.
Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Nazirlər Kabineti məlumat yayıb.
Bildirilir ki, Putin Medvedevə təhqiqatın dəqiq aparılması üçün tapşırıq verib.
Qeyd edək ki, nazirə qarşı korrupsiya ittihamı irəli sürülüb: "O, "Başneft"in səhmlərinin 50 faizinin "Rosneft" şirkətinə verilməsi üçün 2 milyon dollar rüşvət almaqda ittiham olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31