Kuzey Kıprıs Türk Cümhuriyyəti milli bayram gününü qeyd edir

Kuzey Kıprıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) qurulmasından 33 il keçir. Kuzey Kıbrıs Türk Cumhuriyyətində bu gün milli bayram günü kimi qeyd olunur. Çünki Kıbrıs Türkləri millət olaraq mübarizə və əzim veriblər. Türk dövlətlərinin ən kiçik, amma şah əsəri olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1974-cü ilin bu günü öz talelərini həll etmişdir. 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti (türk. Kıbrıs Türk Federe Devleti) adını daşımışdır. Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılıb.

Kuzey Kıprıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) qurulmasından 33 il keçir. Kuzey Kıbrıs Türk Cumhuriyyətində bu gün milli bayram günü kimi qeyd olunur. Çünki Kıbrıs Türkləri millət olaraq mübarizə və əzim veriblər. Türk dövlətlərinin ən kiçik, amma şah əsəri olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1974-cü ilin bu günü öz talelərini həll etmişdir. 1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti (türk. Kıbrıs Türk Federe Devleti) adını daşımışdır. Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılıb. 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır. Məhz bu günü-Türkiyə ordusunun gəlişini onlar Milli Müstəqillik Günü kimi qeyd edirlər. 
Onu da qeyd edək ki, dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikası İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir. Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina etmişlər. Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır. ŞKTR-in paytaxtı Lefkoşadır. O, Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası - "Yaşıl xətt" ing. Green Line vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.
Biz də öz sıramızda qardaş Kipr Türklərinin bu müstəqillik bayramını təbrik edirik...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31