Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır
Dünya birjalarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.
15 Noyabr 2016 11:40 DünyaDünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 45,15 dollar olub.
Neftin bahalaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31