Bu gün sürücülərə pərdə və plyonkadan istifadə üçün verilən icazənin müddəti başa çatır
Azərbaycanda noyabrın 15-dən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
15 Noyabr 2016 11:38 SosialAzərbaycanda noyabrın 15-dən sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Pateent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərdə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70%-dən az olmaması müəyyənləşdirilib, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il may 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Olaylar.az