Gündəm
Ruhani Rusiyanın bu fikrini dəstəklədi
İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.
Xəbərdarlıq: qeyri-sabit hava - yağış, qar
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Müəllimlərə ŞAD XƏBƏR: maaş qaldırılacaq
Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesablanacaq.
Tarix İnstitutunda türkiyəli alimin dissertasiya işi müzakirə edilib
Noyabrın 14-də Tarix İnstitutunda “Azərbaycan və Türkiyə orta məktəblərində tarixin öyrədilməsi məsələləri (müqayisəli təhlil)” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müzakirəsi olub. Dissertasiya işinin müəllifi Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədr müavini Nihat Büyükbaşdır. N.Büyükbaşın elmi rəhbəri isə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Vanda şübhəli şəxslər
Ötən gün Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda Türk Silahlı Qüvvələri apardıqları operativ axtarış əməliyyatları zamanı avtomobilə yerləşdirlimiş 1 ton ağırlığında partlayıcı qurğunun yerini müəyyən ediblər. Silahlı Qüvvələr avtomaşınla birgə bombanı da zərəsizləşdiriblər. Səs gətirəcək bir terror aksiyasının hazırlığının aparıldığını öyrənən hüquq -mühafizə orqanları dərhal hərəkətə keçiblər. Olaya qarışan şübhəli şəxslərin bir qismi saxlanıb.
Silah aşkarlanıb
Səudiyyə Ərəbistanına aid olan hərbi gəmilər Yəmənin Əl-Səif limanına gedən iki İran qayığının saxlandığını bildiriblər. Qayıqlarda aparılan axtrarış zamanı çoxlu sayda silah – sursat və rabitə vasitələri aşkarlanıb. Silahların üsyançı husilərə göndərildiyi gələn xəbərlər sırasındadı. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu paylaşıb.
Rəsədxana: "Ay artıq Yerdən uzaqlaşmağa başlayıb"
Ay artıq Yerə ən yaxın nöqtəsindən keçib. Hazırda Ay Yerdən uzaqlaşmağa doğru gedir. Olaylar.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib:
Mahmud Məmmədquliyev: "Aİ-nin də öz təklifləri olacaq"
Avropa İttifaqı Şurasının Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verməsi ilə əlaqədar Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar başlayacaq.
Azərbaycan basketbolunun inkişafı üçün əlimizdən gələni edəcəyik
Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, Milli Olimpiya Komitəsində təşkil edilən tədbirdə yığma komandanın baş məşqçisi Samit Nuruzadə iştirak edib.
Federasiya Bosniya və Herseqovina xalqından üzr istədi
Yunanıstan Futbol Federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib. Olaylar.az Report-a istinadən xəbər verir ki, səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinın IV turunda keçirilmiş Yunanıstan - Bosniya və Herseqovina matçında baş verənlərdir.
İngiltərə millisində yeni baş məşqçi
İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti baş məşqçi postunda təsdiqləyib.
Sosial şəbəkələrdən istifadə edən bu şəxslər HƏBS OLUNACAQLAR
"Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər".
Almaniyada vəhhabilərə qarşı böyük əməliyyat
Almaniya polisi sələfilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat ölkənin qərbində və Berlin şəhərində aparılır. Polis xüsusilə Almaniya şəhərlərində Quran paylayan "Əsl din" sələfi qruplaşmasına məxsus ərazilərdə yoxlamalar keçirir. İndiyə qədər təşkilata məxsus 200-ə yaxın mənzil və ofisdə yoxlamalar aparılıb. Ən böyük yoxlamalar Berlin, Qessen, Frankfurt, Vestfaliya, Bavariya, Aşağı Saksoniya, Baden Vyurtemberq, Şlezviq, Hamburq, Bremendə baş tutub.
İsmayıllıda bir kəndin torpağın altında qalmaq təhlükəsi yaranıb
Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.
İstanbulda böyük əməliyyat - Bu dəfə narkotacirlərə qarşı
İstanbul polisi narkotacirlərə qarşı böyük əməliyyata başlayıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, İstanbul Şəhər Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, əməliyyat çərçivəsində saxlanılan narkotacirlər arasında Türkiyə vətəndaşları ilə yanaşı, vətəndaşlığı açıqlanmayan xarici ölkə vətəndaşları da var.














