Gündəm

Prezident İlham Əliyev ədliyyə işçilərini təltif edib - SİYAHI

18 Noyabr 2016 18:43

Prezident İlahm Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Gürcüstan parlamentində YENİ SƏDR

18 Noyabr 2016 18:39

Gürcüstan parlamentinin yeni sədri bəlli olub. Olaylar.az  APA-ya istinadən bildirir ki, qanunverici orqanın bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ.Kobaxidze parlamentin sədri seçilib. 

21 saylı marşrut “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alındı

18 Noyabr 2016 18:31

Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alınaraq “Baku Bus”MMC-nin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən “İVECO” markalı, yüksək standartlara uyğun avtobusları noyabrın 18-dən etibarən 21 nomrəli marşrutun hərəkəti dəyişdirilərək “28 may” metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir.

Problem dərsliklərdə, yoxsa iynə-dərmanla dünyaya gələn uşaqlardadı?

18 Noyabr 2016 18:30

Belə bir deyim var ki, elm Çində də olsa onun dalınca gedin. Mənim həmyaşıdlarım, eləcə də əvvəlki və sonrakı orta nəslin nümayəndələri nəinki Çinə, həm də Avropaya, Amerikaya gediblər, Azərbaycanda aldıqları təhsili daha da təkmilləşdirib dünyanı fəth ediblər. Amma bu günkü nəsil sabah Biləcəridən o yana gedə bilməyəcək. Çünki orta məktəbdə aldığı zəif təhsillə ali məktəblərdə elmlərə yiyələnə bilməyəcəklər. Birtəhər, zor-güclə, ali məktəb xatirinə aldıqları diplom xarici ölkələr qalsın bir yana, heç ölkə daxilində işə yaramayacaq. Nəticədə cəmiyyət bir əsr geri dönəcək. İstisnalar var, əlbəttə. Barmaqla sayıla biləcək qədər gənc savadlı və istedadlıdır.

“İçəri Şəhər” Tallində film festivalında

18 Noyabr 2016 18:28

“İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,   film festivalın “Forum” proqramında iştirak edir. “İçəri Şəhər”in növbəti nümayişi 21 noyabr tarixində keçiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Qeyd edək ki, “İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Film hal-hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda filmin ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə təbii qaz verilib

18 Noyabr 2016 18:27

Noyabrın 18-də Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. “OLAYLAR”-ın SOCAR-a istionadən verdiyi xəbərə görə, tədbirlərdə bildirilib ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilib, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Üç rayon üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib  

18 Noyabr 2016 18:26

Noyabrın 18-də Bakı şəhərindəki 117 nömrəli tam orta məktəbdə Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, idman zallarının tikilməsi, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Azərbaycan tolerantlıq mühiti dünyaya nümaunə kimi

18 Noyabr 2016 18:24

Noyabrın 18-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə yardımı və Quba rayon Zizik kənd məscidi dini icmasının təşkilatçılığı ilə Quba rayonunun Zizik kənd məscidində “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə çərçivəsində “Azərbaycan tolerantlıq mühiti dünyaya nümaunə kimi” adlı tədbir həyata keçirilib.

Baş prokuror: "Saakaşvili Gürcüstana təhvil verilməyəcək" - YENİLƏNİB

18 Noyabr 2016 18:20

Ukraynanın baş prokuroru Yuri Lutsenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Gürcüstana təhvil veriləcəyi barədə xəbərləri təkzib edib.

"Reuters"dən Putinlə bağlı kobud səhv

18 Noyabr 2016 18:19

Dünyaca məşhur xəbər agentliyi olan "Reuters" Rusiya prezidenti Vladimir Putinlə bağlı yaydığı xəbərdə kobud səhv buraxıb.

Biznesmenə sui-qəsd: 49 atəş açıldı - VİDEO

18 Noyabr 2016 18:17

Rusiyalı biznesmen İqor Mekler Moskvada öldürülüb. Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb: 

Rusiyaya qarşı sanksiyalar qüvvədə saxlanıldı

18 Noyabr 2016 18:14

ABŞ prezidenti Barak Obama və Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanılması barədə razılığa gəliblər.

Akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib

18 Noyabr 2016 18:13

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 25 oktyabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi tapşırılıb.

Eldar Mahmudovun oğlunun şərikinin əmlakına həbs qoyuldu

18 Noyabr 2016 18:11

"Rabitə işi" üzrə axtarışa verilmiş "Caspian Telecommunication LTD" şirkətinin rəhbəri və "AKEY" MMC-nin direktoru Ayaz Elxan oğlu Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki və dostudur.

Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı ŞOK QƏRAR

18 Noyabr 2016 18:08

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evləndirilməsinə dair təklif irəli sürüb.