“İçəri Şəhər” Tallində film festivalında

“İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,   film festivalın “Forum” proqramında iştirak edir. “İçəri Şəhər”in növbəti nümayişi 21 noyabr tarixində keçiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Qeyd edək ki, “İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Film hal-hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda filmin ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

"İçəri Şəhər" bədii filminin Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr" Beynəlxalq Film Festivalında nümayişi baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,   film festivalın "Forum" proqramında iştirak edir. "İçəri Şəhər"in növbəti nümayişi 21 noyabr tarixində keçiriləcək. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Qeyd edək ki, "İçəri Şəhər" filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü" Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb. Film hal-hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda filmin ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31