Kürdəmir və Tərtər rayonlarının daha iki kəndinə təbii qaz verilib

Noyabrın 18-də Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. “OLAYLAR”-ın SOCAR-a istionadən verdiyi xəbərə görə, tədbirlərdə bildirilib ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilib, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Noyabrın 18-də Kürdəmir rayonunun Türkədi və Tərtər rayonunun Seydimli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın SOCAR-a istionadən verdiyi xəbərə görə, tədbirlərdə bildirilib ki, Kürdəmir rayonunun Türkədi kəndinin 100 abonenti var. Kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 493 metrlik metal borularla qaz xətləri çəkilib, mənzillərə 100 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tərtər rayonunun 625 abonenti olan Seydimli kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 28586 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31