21 saylı marşrut “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alındı
Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alınaraq “Baku Bus”MMC-nin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən “İVECO” markalı, yüksək standartlara uyğun avtobusları noyabrın 18-dən etibarən 21 nomrəli marşrutun hərəkəti dəyişdirilərək “28 may” metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir.
18 Noyabr 2016 18:31 SosialBakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı "Bakı Avtonəqliyyat Müəsissəsi"ndən alınaraq "Baku Bus"MMC-nin istifadəsinə verilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən "İVECO" markalı, yüksək standartlara uyğun avtobusları noyabrın 18-dən etibarən 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək "28 may" metro stansiyası - Aleksandr Sergeyivic Puşkin küçəsi - Neftçilər prospekti - Nobel prospekti - "Əhmədli" metro stansiyası olmaqla müəyyən edilib. Avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir. 21 nomrəli "Baku Bus" avtobuslarında gediş haqqının ödənilməsi nəğd pulla deyil, yalniz BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar olaraq 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin traektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun "28 May" stansiyasiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun "Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq. Agentliyin kompleks gördüyü bütün işlər bütövlükdə şəhər nəqliyyatının optimallaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun Əhmədli stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun Xətai stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasında müvafiq addım atılıb.