Gündəm
Aleksandr Lukaşenko: "Prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişaf prosesi Azərbaycanın nadir təcrübəsidir"
Noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi olub.
Millət vəkili: "Bu artımın imkansız ailələrə zərbəsi dəyməyəcək"
"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək".
“İşıq və qazın bahalaşması təbiidir”
“İşıq və qazın qiymətlərin bahalaşması normaldır”. Bunu deyən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadənin sözlərinə görə, təbii ki, qaz və elektrik enerjisinin qiymətinin bahalaşması əhalinin vəziyyətini pisləşdirəcək: “ Amma bu təbiidir. Çünki, Azərbaycanın bütün iqtisadiyyatı neftə və qaza köklənib.
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisin noyabr ayı üçün sonuncu plenar iclası başlayıb. “Olaylar” xəbər verir ki, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir. İclasın gündəliyinə 37 məsələ daxildir.
Belarus prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Şəhidlər xiyabanını ziyarət edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Elektriklər kəsildi
Şimali Kiprin bir çox şəhər və qəsəbəsi elektriksiz qalıb. Kıbrıs Türk Elektrik Qurumunun verdiyi məlumata əsasən buna hal – hazırda müəyyən edilməmiş texniki nasazlıq səbəb olub. Ötən axşam saat 19:13 radələrindən etibarən adanın böyük bir hissəsindəki yaşayış yerlərinə təşkilat və sənaye müəssisələrinə elektrik verilmir. Baş verən hadisə ciddi narazılığa səbəb olub. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Bakcell şirkəti media nümayəndələri üçün Qəbələdə seminar təşkil edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-27 noyabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu dəfə jurnalistlərdən ibarət qrup Qəbələdə toplaşıb.
2 ton partlayıcı gübrə tapıldı
Türkiyə hüquq -mühafizə orqanları ötən axşam çox müvəffəqiyyətli əməliyyat keçirərək böyük bir fəlakətin qarşısını alıblar.Hakkarinin Şəmdinli rayonunda aparılan əməliyyat nəticəsində partlayıcı qurğu istehsalında istifadə olan yüksək dağıdıcılıq gücünə malik İran mənşəli Azot-Turşusu (HNO3) kimyəvi gübrə aşkarlanıb. Şəmdinlinin Çatalca kəndi yaxınlığında Hakkari Jandarma Komandanlığının apardığı kəşfiyyat axtarış tədbirləri nəticəsində üç ayri sığınaqda çuvallar içində saxlandığı müəyyən edilən təhlükəli maddə aşkarlanaraq məhv edilib. Mütəxəssislərin fikirinə görə bu miqdar azot turşusundan tam 4 ton gücündə partlayıcı qurğu düzəltmək mümkündür. Olay ilə əlaqədar istintaq başladılıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
İstanbul boğazında təhlükəli dəqiqələr
İstanbul boğazında bu səhər böyük bir fəlakətdən dönülüb. Boğazda Qara dəniz istiqamətində hərəkət edən Forvard adlı tanker Mərmərə istiqamətində hərəkət edən quru yük gəmisinə çırpılıb. Böyük xoşbəxtlikdən tankerin boş olması və toqquşmanın gücünün quru yük gəmisinin kapitanının məharəti nəticəsində zəifləməsi böyük faciənin qarşısının alınmasına səbəb olub. İstiqamət yolunu itirən tanker gəmisi isə üç sahil mühafizə katerinin ekipajının uzun sürən səyləri nəticəsində Qara dənizə çıxa bilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
İtaliyada miqrant axını rekord səviyyəyə çatıb
Şimali Afrikadan İtaliyaya gedən miqrantların sayı rekord səviyyəyə yüksəlib. Bu il gedən miqrantların sayı artıq 171 min nəfəri keçib ki, bu da ölkəyə 170,1 min miqrantın köç etdiyi 2014-cü ilin rekordunun qırılması deməkdir.
Qaz sayğacları qiymət artımını necə hesablayacaq? - RƏSMİ
Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Azərbaycan prezidenti Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.
Hamburqda prezidentlərin növbəti sammiti üçün razılıq əldə oluna bilər
“Dekabrın 8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpası ilə bağlı razılıq əldə oluna bilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili politoloq Rasim Musabəyov deyib.
Şura QHT-lər üçün yeni imkan yaradır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həyata keçirdiyi xidmətlərlə əlaqədar Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının 4.1.2. və 4.2.3 bəndlərinə uyğun olaraq fəaliyyətində effektivliyi, şaffaflığı, hesabatlılığı və aşkarlığı daha da artırmaq üçün QHT-lərin ərizə, təklif və şikayətlərinin qəbulu üçün yeni xidmət yaradır. “Olaylar” xəbər verir ki, Şura Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq QHT-lərə 5 istiqamət (konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və məlumat) üzrə xidmət göstərir.
Dini maarifləndirmə işləri davam etdirilir
Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.














