Gündəm

Çoxmənzilli yaşayış binalarının zirzəmilərində əsaslı yenidənqurma işləri aparılır

29 Noyabr 2016 12:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhərində istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçilir.

İqlimşünas: “Hazırda müşahidə olunan hava şəraiti bir neçə gün davam edəcək”

29 Noyabr 2016 11:58

“Hazırda Azərbaycan ərazisində cənub və cənub şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur”.

İqtisadçı: “Qərarlar enerji sərfiyatına qənaətlə yanaşmaya müsbət təsir edəcək” 

29 Noyabr 2016 11:57

“Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.

Kolumbiyada qəzaya uğrayan təyyarədə 6 nəfər sağ qalıb

29 Noyabr 2016 11:55

Kolumbiyada baş vermiş təyyarə qəzasında 6 nəfər sağ qalıb.    APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Xose Mariya Kordova beynəlxalq aeroportunun mətbuat xidməti xilasedicilərin qəza yerində 6 nəfəri sağ aşkarladığını açıqlayıb.   

Bilal Dündar yenidən TADEF başqanı seçildi

29 Noyabr 2016 11:54

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki Qurultayı keçirilib. “OLAYLAR”-a daxil olan mlumata görıə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli Valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilciləri və digər qonaqlar iştirak edib. TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib.

Azərbaycanda 230 minə yaxın uşaqda müxtəlif xəstəliklər aşkarlanıb

29 Noyabr 2016 11:51

Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanzerizasiyaya cəlb edilib. Bu ilin 9 ayı ərzində respublikada uşaqların 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib.

Cahangir Hacıyevin apellyasiya şikayəti icraata verilib

29 Noyabr 2016 11:50

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşib

29 Noyabr 2016 11:46

“Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-i nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır.

6,4 kilometr dəmir yolu əsaslı təmir edilir

29 Noyabr 2016 11:45

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Təmir işləri çərçivəsində Zazalı-Dəliməmmədli mənzilində 6,4 km yolun əsaslı təmirinə start verilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Tarif Şurasının qərarı fərdi yaşayış evlərini ucuzlaşdıracaq

29 Noyabr 2016 11:43

Azərbaycanda kommunal xidmət tariflərinin artırılması fərdi yaşayış evləri - villa, bağ, həyət evləri kimi daşınmaz əmlakın qiymətinə mənfi təsir göstərəcək. 

Kərbəla ziyarətinə gedən 3 zəvvarımız dünyasını dəyişib

29 Noyabr 2016 11:40

Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib. Olaylar.az xəbər verir ki, bu barədə report-a ziyarətdən qayıdan zəvvarlar məlumat veriblər. 

Tarif Şurası: İctimai nəqliyyatda tarifin dəyişdirilməsi məsələsi gündəmdə deyil

29 Noyabr 2016 11:39

Sərnişindaşıma ilə bağlı tarifin dəyişdirilməsi məsələsi gündəmdə deyil.    Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

Taksilərdə yeni cihazlar quraşdırılacaq

29 Noyabr 2016 11:35

Gələn ilin mart ayından Bakıda fəaliyyət göstərən taksilərdə GPS, taksometr və naviqasiya aparatlarının quraşdırılması prosesinə başlanılacaq. Olaylar.az  xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Millət vəkili: "Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək"

29 Noyabr 2016 11:29

Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı qərarları zamanın tələbinə uyğun şəkildə qəbul edilib. Verilən qərarlar sadə vətəndaşlar üçün deyil, əsasən kommersiya şirkətləri üçün qəbul edilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.

Lukaşenkodan Azərbaycan xalçalarının Belarusda istehsalı ilə bağlı TƏKLİF

29 Noyabr 2016 11:25

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan xalçalarının ölkəsində istehsal edilməsi təklifi ilə çıxış edib.