Bilal Dündar yenidən TADEF başqanı seçildi
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki Qurultayı keçirilib. “OLAYLAR”-a daxil olan mlumata görıə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli Valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilciləri və digər qonaqlar iştirak edib. TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib.
29 Noyabr 2016 11:54 SosialTürkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar Hesabat-seçki Qurultayı keçirilib. "OLAYLAR"-a daxil olan mlumata görıə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, Azərbaycan və Türkiyə media qurumlarının, yerli ozünüidarəetmə orqanlarının, Kocaeli Valiliyinin nümayəndələri, TADEF-ə üzv olan və əməkdaşlıq edən təşkilatların təmsilciləri və digər qonaqlar iştirak edib. TADEF sədri Bilal Dündar təşkilatın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də, dünyada daha da yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib. TADEF sədri Federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb. B.Dündarın hesabatından sonra Nəzarət-təftiş Komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib, Bilal Dündar növbəti müddət üçün yenidən Federasiyanın rəhbəri seçilib. Sonda Qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlanıb.