2 ton partlayıcı gübrə tapıldı
Türkiyə hüquq -mühafizə orqanları ötən axşam çox müvəffəqiyyətli əməliyyat keçirərək böyük bir fəlakətin qarşısını alıblar.Hakkarinin Şəmdinli rayonunda aparılan əməliyyat nəticəsində partlayıcı qurğu istehsalında istifadə olan yüksək dağıdıcılıq gücünə malik İran mənşəli Azot-Turşusu (HNO3) kimyəvi gübrə aşkarlanıb. Şəmdinlinin Çatalca kəndi yaxınlığında Hakkari Jandarma Komandanlığının apardığı kəşfiyyat axtarış tədbirləri nəticəsində üç ayri sığınaqda çuvallar içində saxlandığı müəyyən edilən təhlükəli maddə aşkarlanaraq məhv edilib. Mütəxəssislərin fikirinə görə bu miqdar azot turşusundan tam 4 ton gücündə partlayıcı qurğu düzəltmək mümkündür. Olay ilə əlaqədar istintaq başladılıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
29 Noyabr 2016 12:22 DünyaTürkiyə hüquq -mühafizə orqanları ötən axşam çox müvəffəqiyyətli əməliyyat keçirərək böyük bir fəlakətin qarşısını alıblar.Hakkarinin Şəmdinli rayonunda aparılan əməliyyat nəticəsində partlayıcı qurğu istehsalında istifadə olan yüksək dağıdıcılıq gücünə malik İran mənşəli Azot-Turşusu (HNO3) kimyəvi gübrə aşkarlanıb. Şəmdinlinin Çatalca kəndi yaxınlığında Hakkari Jandarma Komandanlığının apardığı kəşfiyyat axtarış tədbirləri nəticəsində üç ayri sığınaqda çuvallar içində saxlandığı müəyyən edilən təhlükəli maddə aşkarlanaraq məhv edilib. Mütəxəssislərin fikirinə görə bu miqdar azot turşusundan tam 4 ton gücündə partlayıcı qurğu düzəltmək mümkündür. Olay ilə əlaqədar istintaq başladılıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.