Belarus prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Şəhidlər xiyabanını ziyarət edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
29 Noyabr 2016 12:26 SiyasətBelarus prezidenti Aleksandr Lukaşenko bu gün Şəhidlər xiyabanını ziyarət edib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident A.Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Belarus prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının mənzərəsini seyr edən aIi qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.