İstanbul boğazında təhlükəli dəqiqələr

İstanbul boğazında bu səhər böyük bir fəlakətdən dönülüb. Boğazda Qara dəniz istiqamətində hərəkət edən Forvard adlı tanker Mərmərə istiqamətində hərəkət edən quru yük gəmisinə çırpılıb.  Böyük xoşbəxtlikdən tankerin boş olması və toqquşmanın gücünün quru yük gəmisinin kapitanının məharəti nəticəsində zəifləməsi böyük faciənin qarşısının alınmasına səbəb olub. İstiqamət yolunu itirən tanker gəmisi isə üç sahil mühafizə katerinin ekipajının uzun sürən səyləri nəticəsində Qara dənizə çıxa bilib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

İstanbul boğazında bu səhər böyük bir fəlakətdən dönülüb. Boğazda Qara dəniz istiqamətində hərəkət edən Forvard adlı tanker Mərmərə istiqamətində hərəkət edən quru yük gəmisinə çırpılıb.  Böyük xoşbəxtlikdən tankerin boş olması və toqquşmanın gücünün quru yük gəmisinin kapitanının məharəti nəticəsində zəifləməsi böyük faciənin qarşısının alınmasına səbəb olub. İstiqamət yolunu itirən tanker gəmisi isə üç sahil mühafizə katerinin ekipajının uzun sürən səyləri nəticəsində Qara dənizə çıxa bilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31