Gündəm

Xəzərdə axtarış-xilasetmə zonası genişləndirilir

20 Dekabr 2016 14:46

Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşmüş nerftçilərin axtarışı ilə əlaqədar olaraq, bu gün Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri hadisə yerində olublar.

Andrey Karlovun qətlinin səbəbləri - Versiyalar

20 Dekabr 2016 14:45

Ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada iştirak etdiyi sərgidə naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Ağır yaralanan diplomat dərhal Güven xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Ukraynada müharibə yenidən başladı: 25 ölü

20 Dekabr 2016 14:42

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb.  Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub. Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər. 

Xəyanətə bənzər səfər

20 Dekabr 2016 14:39

Azərbaycanı müsəlman təssübkeşliyi göstərməyib İsraillə əlaqələr qurmaqda əsassız olaraq ittiham edən İran İslam Respublikasının əsassız olaraq nümayiş etdirdiyi hay-həşirin səs-küyü qulaqlardan getməmiş Tehran “ənənəvi” özü müsəlman təssübkeşliyi “nümunəsi”ni ortaya qoydu. Söhbət İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana nəzərdə tutulan səfərindən gedir.

Şoumenlər alverçiyə çevriliblər

20 Dekabr 2016 14:37

Azərbaycan teleməkanında şou proqramlarının sayı artmaqa davam edir. Əksəriyyəti xarici telekanallardan götürülmüş şou proqramlar bayağı şəkildə tamaşaçılara təqdim olunur. Bir çox hallarda belə layihələrin plagiat olması telekanal rəhbərlərinin marağında deyil. Əsas məsələ ondan ibarətdir ki, həmin proqramın yayımlanması üçün sanballı sponsor olsun. Məhz məsələyə belə yanaşma ortaya zay məhsul qoymaqla yanaşı, tamaşaçıların zövqünü də korlayır.

Manatın tam üzən məzənnəyə keçməsi labüddür

20 Dekabr 2016 14:36

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması artıq dünya bazarına və ayrı-ayrı ölkələrin milli valyutalarına təsirini göstərməkdədir. Hansı ki, FED-in rəhbəri Canet Yellen bəyan etmişdi ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözlənilmir. Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Bunun bazar kurslarına təsiri yalnız cüzi ola bilər.

“Azərsun Holdinq”in 25 illiyi qeyd edilib

20 Dekabr 2016 14:34

Ölkəmizin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in fəaliyyətə başlamasının 25 ili tamam olub. Azərbaycanın müstəqillik qazandığı ildə fəaliyyətə başlayan “Azərsun” ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida sənayesinin daha da inkişaf etdirilməsinə mühüm töhfələr verib. Milli markalarımızın yaradılması və bütün dünyada tanıdılması məqsədi ilə Bakıda tədbir keçirilib.

Qazaxıstan prezidenti azərbaycanlı deputatı təltif edib

20 Dekabr 2016 14:32

Qazaxıstan Respublikası Parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmov Prezident Nursultan Nazarbayevin fərmanı ilə təltif edilib. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Məhərrəm Məhərrəmov "Əmək fəaliyyətində fərqlənməyə" görə medalı və "Qazaxıstan Respublikasının 25 illiyi" ilə bağlı yubiley medalı ilə təltif olunub.

Vladimir Dubnov: “Ermənistan Moskvanın icazəsi olmadan düyməyə basa bilməz”

20 Dekabr 2016 14:31

“Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Raqozinin Bakıya baş tutmuş səfəri səsli-küylü oldu. Halbuki bu adi səfərlərdən biri idi. Sadəcə, Rusiya Ermənistana müasir silahların satılması barədə Bakının razılığını almaq istəyirdi”. Məlumata görə, bunu 1in.am saytına açıqlamasında “Exo Kavkaza” radiosunun şərhçisi Vadim Dubnov bildirib.

Çavuşoğlu Ukraynaya getmədi...

20 Dekabr 2016 14:27

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.

Kreml Türkiyədə səfirin öldürülməsinin məqsədlərini açıqlayıb

20 Dekabr 2016 14:25

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin məqsədi Moskva və Ankara arasındakı münasibətlərə ziyan vurmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmaqdır.

"Səfirin qətlinin arxasındakı qüvvələr çox ləyaqətsiz düşmənlərdir"

20 Dekabr 2016 14:23

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini pisləyib.

Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər tutuldu

20 Dekabr 2016 14:21

Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səfir Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi

20 Dekabr 2016 14:19

Ötən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi.

Səfirin adı əbədi yaşayacaq

20 Dekabr 2016 14:17

Bu gün Rusiyada keçiriləcək  üçlü zirvənin toplantısına qatılan Mövlud Çavuşoğlu Moskvadakı  çıxışında ötən gün Ankarada Rusiya səfirinə qarşı olan sui – qəsdi pisləyib. “Bu sui - qəsdin məqsədi Türkiyə - Rusiya münasibətlərinə zərbə vurmaq idi. Lakin onların  bu niyyəti   baş tutmayacaq.”- deyə, Çavuşoğlu bildirib.