Çavuşoğlu Ukraynaya getmədi...
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.
20 Dekabr 2016 14:27 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun Ankarada öldürülməsi ilə əlaqədar Ukraynaya səfərini təxirə salıb.
Bu barədə RİA Novosti agentliyinin Türkiyə XİN-in nümayəndəsi məlumat verib.
Çavuşoğlu dekabrın 20-21-də Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq çərçivəsində Ukraynaya səfər etməli idi.
Səfərin dəqiq tarixi barədə daha sonra məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Trend.az