Xəyanətə bənzər səfər
Azərbaycanı müsəlman təssübkeşliyi göstərməyib İsraillə əlaqələr qurmaqda əsassız olaraq ittiham edən İran İslam Respublikasının əsassız olaraq nümayiş etdirdiyi hay-həşirin səs-küyü qulaqlardan getməmiş Tehran “ənənəvi” özü müsəlman təssübkeşliyi “nümunəsi”ni ortaya qoydu. Söhbət İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana nəzərdə tutulan səfərindən gedir.
20 Dekabr 2016 14:39 SiyasətRuhaninin insan qatili Sərkisyanın hüzuruna getməsi bütün İran xalqı üçün utanc olmalıdır
Azərbaycanı müsəlman təssübkeşliyi göstərməyib İsraillə əlaqələr qurmaqda əsassız olaraq ittiham edən İran İslam Respublikasının əsassız olaraq nümayiş etdirdiyi hay-həşirin səs-küyü qulaqlardan getməmiş Tehran "ənənəvi" özü müsəlman təssübkeşliyi "nümunəsi"ni ortaya qoydu. Söhbət İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana nəzərdə tutulan səfərindən gedir. Dekabrın 21-nə nəzərdə tutulan səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişinin imzalanacağı da gözlənilir. Əslində İran prezidentinin işğalçı ölkəyə səfərində hansısa nüans axtarmağa, bu səfərdən təəccüb etməyə da ehtiyac yoxdur. Nədən ki, İran hər zaman Ermənistan üçün bir həyat mənbəyi, nəfəslik rolunu oynayıb. Apardığı işğalçılıq siyasəti səbəbindən regional layihələrdən təcrid olunan, iqtisadi blokada şəraitində qalan Ermənistanı hər zaman bu kimi çətinliklərdən məhz Tehran xilas edib. Ermənilərlə sıx əlaqələr Tehran rəsmilərinin gözünü elə yumub ki, Azərbaycana irad tutduqları müsəlman təssübkeşliyi tamamilə yaddan çıxıb. Ermənistanın işğalçılıq siyasəti Tehran-İrəvan dostluq-qardaşlığı fonunda diqqətdən kənarda qalıb. İslamı əlində bayraq edən Tehran erməni vandallarına dəstək nümayiş etdirməklə bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün öz yurd-yuvalarından didərgin düşməsinə dolayısıyla stimul verib. Həmçinin müsəlman təssübkeşliyindən ağız dolusu danışan İran işğal altında olan Azərbaycan ərazilərində məscidlərin ermənilər tərəfindən tövləyə çevrilməsini soyuqqanlıqla qarşılayıb. Halbuki ermənilərin bu kimi vandallıqlarına qarşı ən ciddi etiraz səsini İran qaldırmalı idi. Bunun tam əksi olaraq Ermənistanla əlaqələri daha da genişləndirib, işğalçı ölkənin ayaqda qalmasına şərait yaratmamalı idi. Amma görünən odur ki, İran üçün İslam yalnız əldə bayraqdır. Bu ölkə adını İslam qoysa da, reallıqda İslama zidd addımlar atmaqda, işğalçı, terrorçu ilə həmrəylik nümayiş etdirməkdədir. Elə Həsən Ruhaninin Ermənistan səfəri fonunda bunun əyani şahidi oluruq.
İran prezidentinin Ermənistana nəzərdə tutulan səfəri Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradıb. Böyük əksəriyyət, hətta dindarlar belə Həsən Ruhaninin işğalçı ölkəyə səfərini kəskin tənqid ediblər. Müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir ki, İran prezidentinin işğalçı bir ölkəyə səfər etməsi dolayısıyla Tehranın da işğala bərraət qazandırması deməkdir: "Ermənistan XXI əsrdə bütün beynəlxalq hüquq normalarına meydan oxuyaraq Azərbaycanın yuridiksiyasında olan tarixi ərazilərini işğal edib. İşğal olunan Dağlıq Qarabağ və Aran Zəngəzur İran dövlətinin sərhədlərində yerləşir. Yəni bu qəsbkarlıq əslində İranın da
maraqlarına ziddir. Ancaq gəlin görək özünü müsəlman, İslam dövləti adlandıran İran bu məsələyə necə yanaşır. İranda yaşayan 40 milyon Türkün oyanmasından bərk qorxan İran -Fars-şovinist dövləti Azərbaycan Respublikasının inkişafında, irəli getməsində qətiyyən maraqlı deyildir. Ona görədə aşkar və gizli yollarla təcavüzkar Ermənistanı dəstəkləyir və bu dövlətin Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamasına hər cür dəstək verir". Rövşən Məmmədli bildirib ki, özünü İslam dövləti sayan İran hətta müqəddəs Quranımızın əleyhinə addımlar atır, dara düşmüş müsəlmana kömək etmək əvəzinə onu bu darda saxlayan kafirlərə kömək edir: "Bu addımı ilə İran dövləti özü də kafir sifətinə düşür. Zalıma dəstək vermək, zalımın günahından daha böyük günahdır. Ermənistanı pulsuz neft məhsulları, qaz,.ərzaq, hər cür kömək edən İran dövləti bu azmış kimi hələ öz prezidenti Həsən Ruhanini Azərbaycan xalqının qanına əli bulaşmış faşist Sərkisyanın görüşünə göndərir. Ruhani İranda yaşayan 40 milyonluq Azərbaycan türklərini saya salmayaraq İrəvana gedir. Hansı ki, bu İrəvan Azərbaycanın, elə İranın özünün də tarixi torpaqlarıdır. Belə olan halda işğalçıya barmaq sirkələyib, ona yerini göstərmək əvəzinə Həsən Ruhaninin İrəvana getməsi o taylı bu taylı 50 milyonluq Azərbaycan Türkünün heysiyyatı ilə oynamaqdır. Qoy Həsən Ruhanilər və onu bu ölkəyə göndərənlər bu xain hərəkətlərinin nə qədər özlərinə ziyanlı olacağının fərqinə varsınlar. 50 milyonluq Azərbaycan türkünün nifrətinə tuş gəlməsinlər. Ermənistan bir cırtdan, kasıb, ona-buna möhtac olan dövlətdir. İran kimi qocaman, varlı, tanınmış, böyük bir dövlətin rəhbərinin İrəvana, insan qatili Sərkisyanın hüzuruna getməsi elə bütün İran xalqı üçün utanc olmalıdır. İranın Ermənistandan nə asılılğı var? İrəvan İrana nə verə bilər ki?". Ekspert deyib ki, Ruhani İranın iqtisadi maraqları üçün yox, siyasi, çirkin maraqları üçün İrəvana gedir: "Bu da çox təhlükəli ola bilər. Odur ki, İran dövləti bu yaramaz oyunlarından əl çəkməli, İranda və Azərbaycanda yaşayan 50 milyonluq Azərbaycan Türkünün maraqlarından çıxış etməlidir. Sərkisyan kimi qatillərdən, nankorlardan bərk ayaqda heç bir xeyir görə bilməz. Əgər İran Ermənistana yardımlarını etməsəydi, Ermənistan heç 23 gündə Azərbaycan torpaqlarını işğal altında saxlaya bilməzdi. 23 il ona görə saxlayır ki, bunu istəyənlərdən ən böyüyü elə İrandır. Əgər İran Emənistanı blokadada saxlasaydı, indi bölgədə durum tam başqa idi. Erməni gücdən düşüb öz yerində oturmuş, bölgədə isə sülh yaranmış olardı. Ancaq İranın günahı və Ermənistanı dəstəkləməsi ucundan bunlar baş vermədi. Ruhani indi nə üzlə azərbaycanlıların qarşısına çıxacaq, Bu xəyanətə bənzər əməlinə necə bəraət qazandıracaq? Ruhaninin bu addımı tarixən formalaşmış Fars-türk münasibətlərinə heç cür uyğun deyil. Hesab edirəm ki, Həsən Ruhaninin atdığı bu addımın İranın və İranda yaşayan bütün xalqların maraqları əleyhinə olduğunu anlayan farslar da Ruhaninin bu yaramaz hərəkətini pisləməli, Azərbaycanın ərazilrini qəsb etmiş bir ölkəyə səfərini lənətləməlidirlər. Bütün müsəlman dünyası İran dövlətinin bu riyakarlığını pisləməli, bu dövlətin İslam adından danışmasını ayıb saymalıdır".
Məhəmməd