Səfir Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi
Ötən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi.
20 Dekabr 2016 14:19 DünyaÖtən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O qeyd edib: "Andrey Karlov Suriya müxalifəti ilə təmasda olan bir insan idi, onlarla dialoq qurmağa çalışırdı".
Rusiya qırıcısının vurulmasından sonra iki ölkənin münasibətlərini bərpa etməyə səy göstərən A.Karlov Suriyada dinc danışıqların aparılmasında əsas simalardan biri idi. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31