Səfirin adı əbədi yaşayacaq
Bu gün Rusiyada keçiriləcək üçlü zirvənin toplantısına qatılan Mövlud Çavuşoğlu Moskvadakı çıxışında ötən gün Ankarada Rusiya səfirinə qarşı olan sui – qəsdi pisləyib. “Bu sui - qəsdin məqsədi Türkiyə - Rusiya münasibətlərinə zərbə vurmaq idi. Lakin onların bu niyyəti baş tutmayacaq.”- deyə, Çavuşoğlu bildirib.
20 Dekabr 2016 14:17 DünyaBu gün Rusiyada keçiriləcək üçlü zirvənin toplantısına qatılan Mövlud Çavuşoğlu Moskvadakı çıxışında ötən gün Ankarada Rusiya səfirinə qarşı olan sui - qəsdi pisləyib. "Bu sui - qəsdin məqsədi Türkiyə - Rusiya münasibətlərinə zərbə vurmaq idi. Lakin onların bu niyyəti baş tutmayacaq."- deyə, Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu səfirliyin fəaliyət göstərdiyi küçəyə Andrey Karlovun adının veriləcəyini bildirib.
Mövlud Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun adını həm qəlblərində, həm də fəaliyyət göstərdiyi küçədə əbədi yaşayacağını bildirib.