Gündəm
“Səfirin qətli Türkiyədə dövlət çevrilişinə cəhdin qanlı davamıdır” - ŞƏRH
“Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi məlum Rusiya təyyarəsinin vurulmasının və 15 iyul tarixindəki dövlət çevrilişinə cəhdin növbəti qanlı davamıdır.
Vəziyyət tam aydınlaşana qədər Türkiyəyə getməmək yaxşıdır
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı vəziyyət tam aydın edilənədək bu ölkəyə getməmək məsləhətəuyğundur. Bu fikri Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçyov öz Facebook səhifəsində yazıb.
Gözümüzü dörd açaq: "İki cür məlumat yayılır"
Rusiyanın Azərbaycandakı səfirliyi Andrey Karlovun qətli ilə bağlı bəyanat yayıb
Rusiyanın Azərbaycandakı səfirliyi Ankarada səfir Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat yayıb.
Cümhuriyyətə atılan güllə
Nardaran hadisələrində təqsirləndirilən digər qrupun məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi başlayıb. Məlumata görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
«Olimpiya tarixi, idman siyasəti» adlı kitabının təqdimatı keçiriləcək
Dekabrın 21-də «Olimpiya tarixi, idman siyasəti» adlı yeni kitabının təqdimetmə mərasimi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, kitabın müəllifi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevdir. Təqdimat mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər idman rəsmilərinin iştirakı gözlənilir. Kitabda Azərbaycan idmançılarının müxtəlif illərdə Olimpiya Oyunlarında qazandıqları nailiyyətlər, dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğı da əksini tapıb.
Məktəblilər Milli Məclisdə olublar
“Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis–YUNİSEF əməkdaşlığı” mövzusunda tədbir keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Milli Məclis və YUNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən tədbirdə millət vəkilləri, ümumi təhsil məktəblərinin direktorları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri və şagirdlər iştirak ediblər.
Cəbhədə monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.
Strateji Yol Xəritəsi: Ağır sənaye sektorundakı tədbirlər ÜDM-də 1,6 mlrd. manat artıma səbəb ola bilər
Azərbaycan Respublikasında Ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsi açıqlanıb. Strateji yol xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi götürüləcək: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı.
Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb
Rusiyanın Azərbaycandakı səfirliyində bu ölkənin Ankarada qətlə yetirilmiş fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsinə həsr olunmuş başsağlığı kitabı açılıb.
Nazirlik: Hindistandan gətirilən peyvəndlərin arasında keyfiyyətsizləri də olur
Azərbaycana peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ölkələrdən gətirilir.
Vətəndaşlar Rusiyanın Azərbaycandakı səfirliyi önünə güllər düzüblər
Rusiyanın Azərbaycandakı səfirliyində bayraq endirilib. Məlumata görə, səfirlik Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün sui-qəsd nəticəsində öldürülməsi ilə əlaqədar onun ruhuna hörmət əlaməti olaraq bu addımı atıb.
Azərbaycan XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Xarici İşlər NazirliyiBerlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb.
Çin sualtı dronu ABŞ-a qaytarıb
Pentaqon nümayəndəsi Piter Kuk Çinin daha əvvəl Cənubi Çin dənizində ələ keçirilmiş sualtı dronu (pilotsuz aparat) ABŞ-a qaytardığını təsdiqləyib.














