Vəziyyət tam aydınlaşana qədər Türkiyəyə getməmək yaxşıdır

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı vəziyyət tam aydın edilənədək bu ölkəyə getməmək məsləhətəuyğundur. Bu fikri Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçyov öz Facebook səhifəsində yazıb.

O, qətli törədən şəxsin iyul ayında dövlət çevrilişi cəhdindən sonra polis sıralarından uzaqlaşdırıldığını, lakin vəsiqəsini özündə saxladığını qeyd edib.

Kosaçyov həmçinin səfirin olduğu tədbirdə təhlükəsizliyin də lazımi səviyyədə təmin olunduğundan da şübhələndiyini bildirib.

O yazıb: "Dərhal cavablar tələb edən çox vacib suallar var. Bütün bunlardan həm Türkiyədəki diplomatların, həm də bu ölkəyə gedən vətəndaşlarımızın təhlükəsizliyi birbaşa asılıdır. Bu məsələ həll olunana qədər Türkiyəyə getməmək yaxşıdır". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31