Gündəm

Səfir Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi

20 Dekabr 2016 13:43

Ötən gün qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Suriya müxalifəti ilə təmasda idi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Prokuror Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə cəza istəyib

20 Dekabr 2016 13:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Çavuşoğlu: “Rusiya və Türkiyə münasibətlərin pozulmasına imkan verməyəcək”

20 Dekabr 2016 13:39

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfir Andrey Karlovun qətlinə dərhal münasibət bildirdiklərinə görə Türkiyə tərəfinə təşəkkür edib.

Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası istəyib

20 Dekabr 2016 13:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

20 Dekabr 2016 13:28

Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında olub.

İrəvan Teatrında premyera

20 Dekabr 2016 13:27

Ötən gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında premyera olub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun " Ayı ", Elçinin " O da aşiq olub yaza dünyada..."  və B.İoseleviçin " Yelləncəkdə iki nəfər " pyesləri əsasında multikultural konteksdə " O da aşiq ola.." adlı layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.

Sosial  ödənişlərdən ibarət 826 195  manat işçilərə ödənilib

20 Dekabr 2016 13:26

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır, əmək hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür.

Hökumət ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək kifayət qədər qərarlar qəbul edib

20 Dekabr 2016 13:24

Keçən ilin sonlarında dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və manatın dollara nisbətən dəyərinin ucuzlaşması ölkədə müəyyən problemlərin yaranmasına yol açdı. Düzdür, baş verən proseslər ölkə iqtisadiyyatına ciddi şəkildə təsir göstərməsə də, ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan da heç də iqtisadi çətinliklərdən kənarda qalmadı. Lakin hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində böhranı minimuma endirmək mümkün oldu. Hazırda da hökumət qeyd edilən istiqamətdə fəaliyyətini davam etdirir.

Ermənistan növbəti siyasi çaxnaşma ərəfəsində

20 Dekabr 2016 13:23

İşğalçı ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın bu günlərdə Ermənistan Milli Konqresinin toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlər təkcə düşmıən cəbhəsində deyil, eləcə də Azərbaycanda böyük marağa səbəb olub. Xüsusilə, sabiq prezidentin ölkəsi ilə bağlı səsləndirdiyi bəzi etiraflar erməni cəmiyyətinin heç də hamısının mövcud Sərkisyan hakimiyyəti kimi düşünmədiyi gerçəkliyini ortaya qoyub. Levon Ter-Petrosyan ölkəsinin məğlubiyyət astanasında olduğunu etiraf etməklə yanaşı hakimiyyəti xəbərdar edib ki, əgər hazırkı situasiyada mövcud şərtlər daxilində Azərbaycanla razılıq əldə etməsə, o halda Yerevan yaxın gələcəkdə indikindən də ağır şərtləri qəbul etməli olacaq. Qeyd etdiyimiz kimi Ermənistanın sabiq prezidentinin məlum çıxışı Azərbaycan cəmiyyətində də maraqla qarşılanıb və Petrosyanın çıxışına fərqli münasibətlər ortaya qoyulub.

Ölkənin təhlükəsizliyi necə qorunur?

20 Dekabr 2016 13:15

Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür.

212 dərmanın Azərbaycana idxalına qadağa qoyuldu

20 Dekabr 2016 13:05

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli bu gün mətbuat konfransı keçirib. Konfransda “İl ərzində Səhiyyə Nazirliyinin Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə 27000-dən çox seriyada dərman vasitəsinin idxalı üçün müraciətlər olub. Onlardan 23000-dən çoxu ilə bağlı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkarlanmayıb,  onların idxalına icazə verilib” –Pərviz bey qeyd etdi.

Dərmanlarla bağlı yeni qanun layihəsi hazırlanır

20 Dekabr 2016 13:01

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu il  dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb. Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib. Onun sözlərinə görə, 5 adda dərman vasitəsinin laborator müayinə nəticəsində keyfiyyətsiz olduğu aşkarlandığı üçün ölkəyə idxalına və satışına qadağa qoyulub.

Gəncədə gənc qızların sosial iştirakçılıq məsələsi müzakirə ediləcək

20 Dekabr 2016 13:02

Dekabrın 21-də Gəncə şəhərinin Məshəti Mərkəzində gənc qızlar və qadınlar arasında onların sosial iştirakçılığını gücləndirmək mövzusunda tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a məlumat verilib. Məlumatda bildirilir ki, tədbirdə gənc qızlar, universitet tələbələri, fəal qadınlar iştirak edəcəklər. Tədbirdə gender bərabərliyinə həssas yanaşma, gənc qızların və qadınların inkişafı, qadın hüquqlarının təmin olunması sahəsində mövcud problemlər müzakirə olunacaq.

Rusiya və Türkiyə müdafiə nazirlərindən səfirin öldürülməsinə- MÜNASİBƏT

20 Dekabr 2016 13:01

Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfir Andrey Karlovun Ankarada öldürülməsini Rusiyaya qarşı terror aktı adlandırıb.  S.Şoyqu bu açıqlamanı türkiyəli həmkarı Fikri İşıqla görüşü zamanı verib. O, hadisə ilə bağlı geniş istintaqın keçiriləcəyinə və təqsirkarların cəzalandırılacağına ümid etdiyini deyib.