Ölkənin təhlükəsizliyi necə qorunur?
Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür.
20 Dekabr 2016 13:15 SosialTerror aktlarının qəlpələri Azərbaycana də gələ bilərmi?
Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda hətta inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır. Son günlər Türkiyədə ardıcıl baş verən terror aktları digər region ölkələr kimi Azərbaycanın da ayiq-sayıq olması üçün bir mesaj idi. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirib ki, hazırda bütün dünya ictimaiyyəti baş verən terror aktlatına görə narahatçılıq keçirir. Lakin bu məsələnin nə qədər aktual olmasına baxmayaraq hələ də onun qarşısını almaq mümkün olmur: "Hazırda terrorçuluq bütün dünyanı öz cənginə alıb. Çünki bəzi qüvvələr ekstremis düşüncəli insanların və radikal dini qruplaşmaların iştirakı ilə insanlığa qarşı yönələn terror aktlarının törədilməsində maraqlıdırlar. Vəziyyət o həddə çatıb ki, bunun qarşısını almaq üçün təkcə dünya dövlətlərinin hüquq mühafizə orqanlarının fəaliyyəti kifayət etmir. Çıxış yolu ondan ibarətdir ki, hər bir ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək istəyirsə, demokratik islahatların həyata keçirilməsinin tərəfdarıdırsa ilk növbədə mübarizəni öz ölkəsindən başlasın". Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizənin ən effektli yolu terrorçuları silahlandıran mənbələrin qarşısının alınmasıdır: "Dünya ictimaiyyəti yaxşı anlayır ki, terrorçuları silahlandıran qruplar və dövlərlər var. Ona görə də ilk növbədə terrorçuların maliyyə və silah bazarı bağlanmalıdır. Hazırda elə vəziyyət yaranıb ki, bir dövlət digərindən qisas almaq üçün terror üsullarından istifadə edir". Ş.Əliyev qeyd edib ki, terrorçuluğun geniş yayılmasının digər səbəbi ondan ibarətdir ki, hazırda miqrasiya problemi dünya ölkələrində geniş yayılıb. Suriya, İraq, Misir və Əfqanıstandan didərgin düşən miqrantlara demokratk cəmiyyət adlandırılan Avropa dövlətləri tərəfindən ciddi təhlükə yaranıb. Başqa sözlə, Avropa dövlətləri həmin miqrantlara qənim kəsiliblər. Odur ki, insanlığa qarşı münasibətin dəyişməsi Avropa dövlətlərindən başlanmalıdır: "Bu gün həmin Avropa dövlətləri müsəlman ölkələrində terror aktlarının törədilməsində maraqlı görünürlər. Bir diktatorun aradan götürülməsi üçün bütün dövlətin dağılaraq məhv edilməsi siyasəti həyata keçirilir". Onun sözlərinə görə, heş bir ölkə belə terror aktlarından sığortalanmayıb: "Düşünürəm ki, bu gün Rusiya ilə Türkiyənin Suriya kimi ölkələrdə radikal qruplara qarşı mübarizəsi, insanlığa qarşı yönələn halların qarşısının alınması üçün koalisiya ordu tərkibində iştirakı və İŞİD qruplaşmaların sıxışdırılması nəticəsində onlar Azərbaycana yan ala bilərlər. Bu baxımdan Türkiyədə baş verən terror aktları Azərbaycan üçün bir mesaj olmalıdır. Yəni, Türkiyədə törədilən terror aktlarının qəlpələri ölkəmizə də gələ bilər. Teror qruplaşmalarında təmsil olunan insanlar artıq "püxtələşib", "peşəkarlaşıblar". Onların insanlığa qarşı xüsusi amansızlıqla seçilən cinayətlərin törədilməsində vicdanları ağrımır. Lakin Azərbaycanın hüquq mühafizə orqanları indiki şəraitdə kifayət qədər hazırlıqlı görünür. Etiraf edilməlidir ki, Azərbaycanın həm xüsusi xidmət, həm də hüquq mühafizə irqanları lazımi səviyyədə ayıq-sayıqdırlar. Düzdür, terrorizm və cinayətkarlığa qarşı mübarizə Azərbaycan dövlətinin yürütdüyü siyasətin təzahürüdür. Bu mübarizə siyasətinin formalaşmasında hüquq mühafizə orqanları kifayət qədər çevik fəaliyyət göstərirlər. Məhz bu fəaliyyətin nəticəsidir ki, ölkədə təhlükəsizliyin təmin edilməsində heç bir problem yoxdur". Ş.Əliyev deyir ki, məsələnin digər tərəfi ondan ibarətdir ki, bu işdə mütləq sadə vətəndaşların da köməyinə ehtiyac var. Çünki, bilmək olmur ki, insanların şüurunda hansı planlar cızılır, ona görə də onun qarşısını öncədən almaq çox çətindir. Odur ki, Azərbaycan vətəndaşları da öz konstitusion vəzifələrini yerinə yetirməkdə maraqlı olmalıdırlar: "Vətəndaşlar da ölkənin təhlükəsizlik məsələsinə məsuliyyətlə yanaşmalıdırlar. Bunun üçün insanların ayıq-sayıq olmalarına ehtiyac var. Gördükləri, şübhələndikləri insanlar barədə hüquq-mühafizə orqanlarına çevik şəkildə məlumat verilməsindən çəkinməsinlər. Qarşıdan Yeni il bayramı gəlir, insanlar bayram əhval-ruhiyəsindədir. Ona görə, hər bir Azərbaycan vətəndaşının istənilən hadisəyə fövqəladə şəkildə yanaşmasına ehtiyac var. Düşünmək lazım deyil ki, ölkədə ictimai sabitlik qorunur, insanların sərbəst hərəkəti üçün heç bir maneə yoxdur. Sadəcə, vənəndaşlar üzərlərinə düşən vəzifənin icrasını təmin etməlidirlər. Hazırda Azərbaycan polisi və digər hüquq mühafizə orqanları ilə əməkdaşlıq şəraitində işləmək zərurəti yaranıb". Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli bildirib ki, 25 ildir müstəqiliyinə qovuşan gənc Azərbaycan dövləti də 90-cı illərdə terror şəbəkələri, müxtəlif cinayətkar, separatçı qruplaşmaların hədəfinə tuş gəlmişdi. Həmin dövrdə ölkənin hüquq-mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyinin peşəkar fəaliyyəti nəticəsində cinayətkarların qarşısı qətiyyətlə alındı və bu hadisələrin bir daha təkrarlanmaması üçün ciddi tədbirlər görüldü. Bunun nəticəsidir ki, erməni işğalından əziyət çəkən Azərbaycanda daxili sabitlik qorunur, torpaqlarımızın bir hissəsinin zəbt olunmasına baxmayaraq düşmən daim təzyiq altında saxlanılır, dövlətçiliyimizə qarşı yönələn bütün qüvvələr dərhal zərərsizləşdirilir. Ancaq təəssüflər olsun ki, din pərdəsi altında ölkəni xaosa sürükləməkdə maraqlı olan radikal qüvvələr şərəfli Azərbaycan polisinin fəaliyyətinə ləkə salmağa çalışır, Daxili İşlər Nazirliyinə qarşı şər-böhtan kampaniyası həyata keçirirlər: "Özlərini "mömin, dindar, islam təəssübkeşi, şəriət tərəfdarı" kimi qələmə verərək məkrli niyyətlər güdənlər, dövlətin konstitusion quruluşunu dəyişməyə, hakimiyyəti zor gücü ilə ələ almağa, ölkəni şəriət qanunları ilə idarə etməyə cəhdlər göstərirlər. Lakin hər dəfə qətiyyətli hüquq-mühafizə orqanlarımız, Daxili İşlər Nazirliyi bu cür cəhdlərin qarşısını alır. Ona görə də, həmin qüvvələr ilk növbədə Azərbaycan polisini hədəfə almaq qərarına gəliblər. Çünki qərəzli qüvvələrə məlumdur ki, Daxili İşlər Nazirliyi ölkədə kriminal vəziyyətin nəzarətdən çıxmasına, dövlətə qarşı hər hansı bir təhlükənin formalaşmasına heç vaxt imkan verməyəcək. Terror, cinayət, çevriliş yolu ilə Azərbaycanda hakimiyyəti ələ almağa çalışanların önünü Azərbaycan polisi daim əzmkarlıqla kəsib. Radikal qüvvələr bu cür iğtişaşlara hər zaman cəmi 2-3 min insanı cəlb edə biliblər. Bu onu gösətir ki, xalq həmişə öz dövlətini, seçki yolu ilə seçilən prezidentini, qanuni hakimiyyətini dəstəkləyir". Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi Azərbaycan dövlətçiliyinin qorunması, ölkədə sabitliyin bərpa olunmasında müstəsna xidmətləri olan qurumlardan biridir: "Nazirliyin fəaliyyətini ulu öndər Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Ümummilli liderin layiqli davamçısı, prezident İlham Əliyev də Azərbaycan polisinin ölkə üçün xidmətlərini layiqincə dəyərləndirir. Buna görə də ölkəı başçısı nazirlik əməkdaşlarını öz diqqət və qayğısı ilə əhatə edib. Çünki onlar Azərbaycanın dövlətçiliyi uğrunda, xalqımızın rahat və firavan yaşaması üçün həyatlarını risk altına atırlar. Ona görə də xalq polisə dəstək olmalı, Daxili İşlər Naziriliyinin fəaliyyətini kölgə altına almağa çalışan qüvvələrə qarşı sərt mövqeyini ortaya qoymalıdır. Söhbət mənəvi dəstəkdən gedir. Biz imkan verməməliyik ki, sosial şəbəkələrdə, bəzi media qurumlarında Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə ləkə yaxsınlar. Çünki bu, qərəzli kampaniyalar Azərbaycan dövlətinə, xalqına qarşı yönəlib. Radikal qüvvələrin bir amalı var: ölkəmizi zəiflətmək, sabitliyi pozaraq qarşıqlıq törətmək, anarxiya və xaosa sürükləmək. Onların qarşısında isə Azərbaycan polisi mərdliklə dayanıb. Bu cinayətkar şəbəkələrin, terror yuvalarının aşkarlanaraq zərəsizləşdirilməsi zamanı bəzən hüquq-mühafizə orqanları şəhidlər versə də, onlar heç bir halda öz ali məqsədlərindən - dövləti və dövlətçiyili qorumaq əzmindən bir addım belə geri çəkilməyəcəklər. Çünki Azərbaycan polisi öz prezidentinə, dövlətinə və xalqına daima sədaqətlidir".
Alim