İrəvan Teatrında premyera
Ötən gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında premyera olub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun " Ayı ", Elçinin " O da aşiq olub yaza dünyada..." və B.İoseleviçin " Yelləncəkdə iki nəfər " pyesləri əsasında multikultural konteksdə " O da aşiq ola.." adlı layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.
20 Dekabr 2016 13:27 MədəniyyətÖtən gün Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında premyera olub. Tamaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun " Ayı ", Elçinin " O da aşiq olub yaza dünyada..." və B.İoseleviçin " Yelləncəkdə iki nəfər " pyesləri əsasında multikultural konteksdə " O da aşiq ola.." adlı layihə çərçivəsində təqdim olunan tamaşanın premyerası S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.
Layihənin bədii rəhbəri əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşçu rejissoru Nicat Mirzəzadədir.
Premyerada görkəmli Azərbaycan ədibi, yazıçı-dramaturq Elçin Əfəndiyev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak ediblər.