Sosial  ödənişlərdən ibarət 826 195  manat işçilərə ödənilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır, əmək hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür.

Vətəndaş müraciətlərinə əsasən Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-noyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 826 195 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 782 531 manatı (94,7 faiz) gecikdirilmiş əmək haqlarından, 25 774 manatı (3,2 faiz) işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib. Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmələri ilə bağlı müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində isə 21 nəfər işçinin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Qeyd olunanlarla bərabər, cari ilin ötən dövründə əmək qanunvericiliyinə əməl olunması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında maarifləndirmə işləri də davam etdirilib. Xidmətin əməkdaşları əmək qanunvericiliyində əməyin mühafizəsi ilə bağlı qeyd olunan norma və standartların  tətbiqi barədə işəgötürənləri ətraflı şəkildə məlumatlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31