Gəncədə gənc qızların sosial iştirakçılıq məsələsi müzakirə ediləcək

Dekabrın 21-də Gəncə şəhərinin Məshəti Mərkəzində gənc qızlar və qadınlar arasında onların sosial iştirakçılığını gücləndirmək mövzusunda tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Olaylar”a məlumat verilib. Məlumatda bildirilir ki, tədbirdə gənc qızlar, universitet tələbələri, fəal qadınlar iştirak edəcəklər. Tədbirdə gender bərabərliyinə həssas yanaşma, gənc qızların və qadınların inkişafı, qadın hüquqlarının təmin olunması sahəsində mövcud problemlər müzakirə olunacaq.

Dekabrın 21-də Gəncə şəhərinin Məshəti Mərkəzində gənc qızlar və qadınlar arasında onların sosial iştirakçılığını gücləndirmək mövzusunda tədbir keçiriləcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Olaylar"a məlumat verilib. Məlumatda bildirilir ki, tədbirdə gənc qızlar, universitet tələbələri, fəal qadınlar iştirak edəcəklər. Tədbirdə gender bərabərliyinə həssas yanaşma, gənc qızların və qadınların inkişafı, qadın hüquqlarının təmin olunması sahəsində mövcud problemlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31