Rusiya və Türkiyə müdafiə nazirlərindən səfirin öldürülməsinə- MÜNASİBƏT
Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfir Andrey Karlovun Ankarada öldürülməsini Rusiyaya qarşı terror aktı adlandırıb. S.Şoyqu bu açıqlamanı türkiyəli həmkarı Fikri İşıqla görüşü zamanı verib. O, hadisə ilə bağlı geniş istintaqın keçiriləcəyinə və təqsirkarların cəzalandırılacağına ümid etdiyini deyib.
20 Dekabr 2016 13:01 DünyaRusiyanın müdafiə naziri Sergey Şoyqu səfir Andrey Karlovun Ankarada öldürülməsini Rusiyaya qarşı terror aktı adlandırıb. S.Şoyqu bu açıqlamanı türkiyəli həmkarı Fikri İşıqla görüşü zamanı verib. O, hadisə ilə bağlı geniş istintaqın keçiriləcəyinə və təqsirkarların cəzalandırılacağına ümid etdiyini deyib.
Öz növbəsində, Türkiyənin milli müdafiə naziri Fikiri İşıq da hadisəni terror aktı adlandırıb. Türkiyəli nazir hadisənin təfərrüatlarını öyrənmək üçün Ankarada ləngiməli olduğunu və Moskvaya yalnız bu gün səhər gədiyini deyib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Trend.az