Gündəm
Biotexniki tədbirlərə başlanılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə muxtar respublikada qış mövsümündə faunanın mühafizə edilməsi və biotexniki tədbirlərin keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Türkiyə hədəf taxtasında
Türkiyə-Rusiya münasibətlərinin istiləşməsi reallığı ilə barışa bilməyən xarici güclər Ankara üçün daha bir xain plan gerçəkləşdirdilər. Belə ki, Rusiya-Türkiyə xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü ərəfəsində Rusiyanın qardaş ölkədəki səfiri Andrey Karlov terror hücumu nəticəsində qətlə yetirildi. Baş vermiş hadisə öz-özlüyündə bir neçə mənfi tendensiyanın yaşanmasına yol açacaq ki, bunlardan ən başda gələni Ankaranın nüfuzuna vurulacaq zərbədir. Belə ki, bundan sonra Türkiyə barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırılacaq ki, bu ölkə nəinki Türkiyəyə səfər edən xarici ölkə vətəndaşlarının, hətta diplomatik nümayəndəliklərin belə təhlükəsizliyini qorumağa qadir deyil. Bu arada İranın Türkiyədəki bütün nümayəndəliklərini bağlaması da bunun ilkin görüntülərindəndir Bəs görəsən ekspertlər Rusiya səfirinə qarşı həyata keçirilən terror aktı barədə nə düşünürlər? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
Qərb tarana gedir
Türkiyə-Rusiya yaxınlaşmasından ciddi narahatçılıq keçirən xarici güclər yenə öz istəklərinə nail oldular. Bu dəfə də xaincəsinə plan həyata keçirməklə. Xəbərlərdən də məlum olduğu kimi ötən gün (dekabrın 19-da) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı hücuma məruz qalaraq qətlə yetirilib. Bəs görəsən bu proseslər Türkiyə-Rusiya münasibətlərini hansı məcraya yönəldəcək?
Naxçıvan Dövlət Tarix Muzeyinə sakinlər tərəfindən 47 eksponat təqdim olunub
Dekabrın 19-da Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon Nüsnüs kənd sakini Oruc Əliyev, Kəngərli rayon sakini Tünzalə Ağayeva, Şərur rayonundakı Cəlilkənd sakini Tofiq Mirzəyev tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 10 numizmatika nümunəsi, eləcə də mis kasa, şamdan, qılınc, süngü, dolça və sair olmaqla, 47 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.
Ankara-Moskva əməkdaşlığı NATO və Avropa Birliyinı qorxuya salıb
Türkiyədə tüğyan edən silsilə terror aktının davamı olaraq Ankarada Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu öldürən Çevik Polis Alayının zabiti Mövlud Mərd Altındaşla bağlı yeni məlumatlar ortaya çıxıb. Məlum olub ki, qatil hadisə baş verən gün işə getməyib.Altındaş hücumun baş verdiyi Müasir Sənətlər Mərkəzinə bitişik bir oteldə otaq sifariş edib. Onun sui-qəsd planını otel otağında hazırladığı təxmin edilir.Altındaş axşam saatlarında qaldığı otaqda hücuma hazırlaşıb. Öncə üzünü taraş edib, kostyumunu geyinib və Çağdaş Sənətlər Mərkəzinə gedib. Altındaş vəsiqəsini göstərərək içəri daxil olub. Səfir çıxış edən zaman onun arxasında bir müddət gözləyib və sonra atəş açaraq öz çirkin planını gerçəkləşdirib.
Suriyanın şimalına 25 ildən sonra qar yağıb
Suriyanın şimalında yerləşən Deyr Əz Zor vilayətinə və İraq sərhədinə 25 ildən sonra qar yağıb. Məlumata görə, bəzi yerlərdə 50 sm-ə kimi yağan qar və soyuqhava şəraiti yerli əhali və qaçqınlar üçün çətinlik yaradıb.
Berlində yarmarkada 12 nəfərin ölümü ilə nəticələnən hadisəni törədən şəxsin kimliyi müəyyənləşib
Berlində yük maşınını Milad yarmarkasına sürdüyü ehtimal edilən sürücünün kimliyi müəyyənləşib. Məlumata görə, bu barədə “Welt” qəzeti xəbər yayıb. Sürücünün əslən pakistanlı 1993-cü il təvəllüdlü Naved B. olduğu ehtimal edilir.
Səfirə qarşı törədilən sui-qəsd əvvəlcədən xəbər verilib
Türkiyənin ehtiyatda olan polkovniki Əhməd Zeki Üçok Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümünü hələ 4 gün əvvəl xəbər verib. Polkovnik bu barədə "Twitter" səhifəsində bildirib.
Rusiya səfirinə sui-qəsddən sonra İrandan ilk açıqlama
İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, bu cinayət beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan radikal qrupların əməlidir: "Onlar ölkələr arasında problem yaratmaq məqsədilə belə vəhşi cinayətlər törədirlər".
Rusiya XİN-dən Türkiyəyə gedən turistlərə XƏBƏRDARLIQ
Türkiyəyə istirahətə getməyə hazırlaşan rusiyalılar ölkədəki vəziyyəti nəzərə alaraq öz planlarını diqqətlə nəzərdən keçirməlidirlər.
250 reys təxirə salındı
Pekində "Şoudu" hava limanında təxirə salınmış reyslərin sayı 256-ya çatıb, daha 273 reys isə ləngiyir. Bu barədə Çin Milli Radiosu (CNR) xəbər verib.
Deputat səfirin qatilini "qəhrəman" adlandırdı
Ukrayna Ali Radasının deputatı Vladimir Parasyuk Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini "qəhrəman" adlandırıb.
Türkiyənin Rusiyadakı səfirliyinin binasında təhlükəsizlik gücləndirilib
Rusiyanın Ankaradakı səfirinin öldürülməsindən sonra Türkiyənin Moskvadakı diplomatik nümayəndəliyinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirliyi hazırda polis əməkdaşları mühafizə edirlər.
Sui-qəsddən əvvəl qəribə təsadüf yaşanıb
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edildiyi zaman qəribə bir təsadüf yaşanıb. Belə ki, sui-qəsd baş verən zaman Rusiya prezidenti Vladimir Putin teatrda tamaşa izləməyə gedirdi.
Burak Yılmazı məhkəməyə verdi - İşdən çıxardılar
Türkiyə millisinin üzvü Burak Yılmazın avtobus sürücüsü ilə dava etdiyini xəbər vermişdik. Avtobusun sürücüsü Orhan Çimən ulduz oyunçunu məhkəməyə verib.














