Suriyanın şimalına 25 ildən sonra qar yağıb

Suriyanın şimalında yerləşən Deyr Əz Zor vilayətinə və İraq sərhədinə 25 ildən sonra qar yağıb. Məlumata görə, bəzi yerlərdə 50 sm-ə kimi yağan qar və soyuqhava şəraiti yerli əhali və qaçqınlar üçün çətinlik yaradıb.

BMT-nin tərəfdaş agentlikləri əhalini qaçqınlar üçün daha normal şərait olan şimal-şərqdəki əl-Havl şəhərinə köçürməyə çalışsalar da, minlərlə insan həmin ərazilərdəki sığınacaqlarda qalmağa üstünlük verib.

Xatırladaq ki, Deyr Əz Zor Suriyanın quru iqlimə malik və daha çox səhradan ibarət vilayətidir. Oraya yağış nadir hallarda yağır. Bəzi ərazilərə isə 25 ildən çoxdur ki, qar düşmürdü. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31