Gündəm

Rusiyanın Ankaradakı səfirliyində səfirin ölümü ilə əlaqədar dövlət bayrağı endirilib

20 Dekabr 2016 12:27

Rusiyanın Ankaradakı səfirliyində diplomatik missiyasının rəhbəri Andrey Karlovun ölümü ilə əlaqədar dövlət bayrağı endirilib.

Güləşçilərimiz Çeçenistandan qızıl medalla qayıdıb

20 Dekabr 2016 12:24

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib. AGF-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, turnirdə yığma komandamızın bir üzvü iştirak edib. 120 kq çəki dərəcəsində mübarizə aparan Umar İsrailov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qızıl medalını qazanıb.

Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

20 Dekabr 2016 12:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 22-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Lavrov-Çavuşoğlu görüşünün keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib

20 Dekabr 2016 12:20

Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi Rusiya XİN-in Qəbul Evi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Qəbul Evi “OMON” xüsusi təyinatlıları tərəfindən mühasirəyə alınıb. 

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində çalışır- XİN

20 Dekabr 2016 12:18

Azərbaycan Respublikasının Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Səfirin cənazəsi bu gün Moskvaya yola salınacaq

20 Dekabr 2016 12:17

Rusiyanın Ankarada qətlə yetirilən səfiri  Andrey Karlovun cənazəsi bu gün Moskvaya yola salınacaq. Məlumata görə, bu barədə  RİA Novostiyə xəbər yayıb. Hava limanında təşkil ediləcək vida  mərasimində Türkiyənin yüksək səviyyəli rəsmiləri iştirak edəcək.

Səfirin qətli təxribatdır... RUSİYA VƏ TÜRKİYƏNİN MÖVQEYİ

20 Dekabr 2016 12:15

“Bu terror aksiyası Rusiya və Türkiyə arasında mövcud olan ikitərəfli əməkdaşlığın pozulmasına qarşı yönəlmiş təxribatdır. Əgər bu belədirsə, bu zaman ümid etmək istəyirik ki, vəhşi cinayətin sifarişçiləri Rusiya-Türkiyə münasibətlərində yenidən soyuqluğun yaranmasına nail ola bilməyəcəklər”. Bu barədə Rusiya Federasiyasının Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Sltutski bəyan edib.

Sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə hesablanıb

20 Dekabr 2016 12:14

"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Yaxın Şərq problemlərini yaxından bilən, tanınmış diplomat idi. Ona qarşı törədilən sui-qəsd Rusiya-Türkiyə münasibətlərinə xələl gətirməyə və Rusiyanı Yaxın Şərqdə gedən antiterror əməliyyatlarında iştirakdan çəkindirməyə hesablanıb”. Bunu  açıqlamasında politoloq Arzu Nağıyev deyib.

KİV: "Qazprom" Türkiyədəki ən böyük aktivini itirə bilər

20 Dekabr 2016 12:11

Rusiyanın "Qazprom" şirkəti Türkiyədəki ən böyük aktivini itirə bilər. Hökumət Rusiya şirkətinin və "Qazprombank"ın da payı olan Türkiyənin ən böyük özəl qaz idxalçısı olan "Akfel Holding"i de-fakto milliləşdirib.

Səfirin həyat yoldaşı ərinin qətlindən danışdı

20 Dekabr 2016 12:12

Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova ərinin qətlindən danışıb. Marina hadisənin baş verdiyi vaxt - Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında ərinin yanında olub.

AEM-də dərman vasitələrinə nəzarətin gücləndirilməsinə dair iclas keçirilib

20 Dekabr 2016 12:10

Ötən gün Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

İsveçdə Azərbaycanla bağlı tədbir keçirilib

20 Dekabr 2016 12:07

Dünya Azərbaycanlıları Assambleyası İsveçin Akarp şəhərində “Azərbaycanı dünyaya tanıdaq devizi altında” tədbir keçirib.

Türkiyə hələ də özünü FETO-dan və Qərb terrorizmindən sığortalaya bilməyib 

20 Dekabr 2016 12:06

Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun vəfatı ilə nəticələnən hadisə Türkiyədəki sabitliyə qarşı yönəlib.

Ermənilər atəşkəsə əməl etmir

20 Dekabr 2016 12:05

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Türkiyə qəzetlərindən sui-qəsd manşetləri - FOTOlar

20 Dekabr 2016 12:04

Ötən gecə Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsinin ardından Türkiyənin hökumətə yaxın mediası sui-qəsddə FETÖ-nün əlinin olduğunu iddia edib.