Gündəm

TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayır

20 Dekabr 2016 12:02

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 ili tamam olub

20 Dekabr 2016 12:00

1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 80 ili tamam olub. Bu münasibətlə geniş tədbir keçirilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisi, tanınmış tibb xadimləri, xəstəxananın rəhbərliyi iştirak edib. Tədbirdə xəstəxananın zəngin tarixi haqqında geniş məlumat verilib.

“İçəri Şəhər” Kerala Beynəlxalq Film Festivalında

20 Dekabr 2016 11:59

“İçəri Şəhər” bədii filminin Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub. Festival 9-16 dekabr tarixlərində Keralada keçirilib.

30 vilayətdə Gülən hərəkatına qarşı irimiqyaslı əməliyyatlar

20 Dekabr 2016 11:57

Türkiyənin 30 vilayətində dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən hərəkatına qarşı irimiqyaslı əməliyyatlar aparılır.

Rusiya səfirinin qatilinin şəklini çəkən fotoqrafdan TƏFƏRRÜATLAR

20 Dekabr 2016 11:55

"Associated Press" fotoqrafı Burhan Özbilici Ankarada Rusiya səfirinin qətlə yetirildiyi an gördüklərini, hadisənin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, səfirə sui-qəsd "Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə" adlı sərgidə baş verib və fotoqraf həmin sərgiyə evi istiqamətində olduğu üçün gedib.

Çin ABŞ-a məxsus sualtı pilotsuz aparatı geri qaytarıb

20 Dekabr 2016 11:53

Çin Cənubi Çin dənizində ələ keçirdiyi sualtı pilotsuz aparatı ABŞ-a qaytarıb. Məlumata görə, bu bərədə “BBC News” Pentaqona istinadən xəbər yayıb. “Çin-ABŞ məsləhətləşmələrindən sonra pilotsuz aparat geri qaytarılıb”,- deyə Çinin Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Qızıl Məryəm”i öldürənlərin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

20 Dekabr 2016 11:49

Bakı Apellyasiya Məhkəməsində  anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.

Azərbaycanda bu gündən tam rəqəmli TV yayımına keçilib

20 Dekabr 2016 11:47

Bu gün Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan,Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astarada analoq TV yayım vericiləri söndürülür.

"Qərb Türkiyəyə qarşı daha çox anlayış göstərməlidir"

20 Dekabr 2016 11:45

Ankarada Rusiya səfirinin telekameralar qarşısında qətlə yetirilməsi Türkiyə dövləti və hökümətini etibardan salmağa, həmçinin sürətlənməkdə olan Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinin qarşısını almağa yönəlmiş utanmazcasına törədilən terror aktıdır.

Bakıdakı bayram yarmarkası çadırları sökülür - SƏBƏB?

20 Dekabr 2016 11:44

Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsi üçün hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb.

Tramp: "Xristianlarin öldürülməsi cihadın tərkib hissəsidir"

20 Dekabr 2016 11:42

ABŞ prezidenti Donald Tramp Rusiya səfiri Andrey Karlovun öldürülməsini, Berlində 12 nəfərin ölümü ilə nəticələnən insidenti və Sürixdə İslam Mərkəzinə edilən silahlı hücumu pisləyib.

Andrey Karlovun xəstəxanaya gətirilmə anı - VİDEO

20 Dekabr 2016 11:41

Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun yeni görüntüləri yayılıb. Görüntülər səfir hücumdan sonra hələ sağ olarkən çəkilib. Kadrlardan görünür ki, türk həkimlər Andrey Karlovun həyatı üçün mübarizə aparırlar. Görüntülərə görə, Karlov hospitala gətiriləndən sonra hələ sağ idi. Ancaq həkimlərin bütün səyləri nəticə verməyib və Rusiya diplomatı aldığı güllə yaralarından həyatını itirib. Report.az

Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə yola düşəcək

20 Dekabr 2016 11:39

Rusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək.

Türkiyə Azərbaycanla gömrük prosedurlarını sadələşdirmək niyyətindədir

20 Dekabr 2016 11:37

Ankara Azərbaycanla gömrük prosedurlarının sadələşdirilməsini və Rusiya ilə Türkiyə arasında mövcud dəhliz kimi "yaşıl dəhliz" yaradılmasını qarşısına hədəf qoyub.

Çavuşoğlu sui-qəsdi sərt şəkildə qınadı ŞƏRH

20 Dekabr 2016 11:34

Rusiya və İranla Hələb mövzusunda baş tutacaq üçlü zirvə görüşü çərçivəsində Moskvaya səfər edən xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı edilən sui-qəsdlə əlaqədar vacib açıqlama verib.