"Qərb Türkiyəyə qarşı daha çox anlayış göstərməlidir"

Ankarada Rusiya səfirinin telekameralar qarşısında qətlə yetirilməsi Türkiyə dövləti və hökümətini etibardan salmağa, həmçinin sürətlənməkdə olan Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinin qarşısını almağa yönəlmiş utanmazcasına törədilən terror aktıdır.

Ankarada Rusiya səfirinin telekameralar qarşısında qətlə yetirilməsi Türkiyə dövləti və hökümətini etibardan salmağa, həmçinin sürətlənməkdə olan Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinin qarşısını almağa yönəlmiş utanmazcasına törədilən terror aktıdır.

Bunu  Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Millət vəkilinin sözlərinə görə, ötən əsrdə türk diplomatları özləri erməni terror qrupları tərəfindən oxşar hücumların qurbanları olublar.

Ona görə də bu cür hərəkətlərin qəbuledilməzliyi rəsmi Ankara ilə yanaşı, bütün siyasi qüvvələr ölkə ictimaiyyəti tərəfindən qəti şəkildə pislənir: 

"Əminəm ki, bu dəhşətli terror aktı operativ və ən ciddi şəkildə təhqiq ediləcək, təhrikçi və təşkilatçıları aşkar edilərək qanunun bütün ciddiliyi ilə cəzalanacaqlar.
Azərbaycan XİN bu vəhşi qətlə öz narazılığını bildirib və başsağlığını verib. Bu bəyanata tam qoşulur və ifadə edilmiş hiss və qiymətlərlə bölüşürəm.
Təəssüf ki, Türkiyədəki terror dalğasının qarşısını heç cür almaq olmur. Bu özünü ölkə iqtisadiyyatında ən mənfi tərəfdən büruzə verir. Türk lirəsinin məzənnəsi düşür, Türkiyə sənayesi zərər görür. Türkiyənin prezident Ərdoğan və hökumət tərəfindən bir müddət əvvəl dövlət çevrilişi və terror hazırlığı ilə əlaqədar gördüyü tədbirlərə etiraz edən Qərb tərəfdaşları indi Azərbaycan üçün bu qardaş ölkənin qarşılaşdığı təhlükənin bütün miqyası və dərinliyini nəzərə alıb daha çox anlayış göstərməlidirlər.

Ümid etmək istəyirəm ki, Türkiyə-Rusiya münasibətləri bu sınağa davam gətirəcək və tərəflər ikisinin də ilk növbədə Suriyada qarşılaşdığı çətin problem və çağırışların həllinin axtarışında qarşılıqlı əlaqələri gücləndirməkdə davam edəcəklər". Day.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31