Gündəm
Yılmazlı "Bursaspor"dan qələbə, "Fənərbağça" 3 xalı 3 qolla qazandı
Türkiyə Superliqasında XV tur başa çatıb. Millimizin hücumçusu Ramil Şeydayevin komandası "Trabzonspor" səfərdə lider "Başakşəhər"ə uduzub. Şeydayev yenə heyətdə yer almayıb.
"ABŞ-da şist neft hasilatının həcmi bərpa olunacaq"
ABŞ-da şist neft hasilatı həcminin tezliklə bərpası proqnozlaşdırılsa da, lakin 2014-2015-ci illlərdəki kimi izafi istehsalın olacağı gözlənilmir.
Putin sorğu- sual ediləcək
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ənənəvi olaraq televiziyada canlı yayımla sualları cavablandıracaq. Canlı yayım dekabrın 22-də yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) başlayacaq. Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı sualları cavablandıracaq.
Ömürlük, yoxsa müvəqqəti evlilik? - 20 QAYDA
Evliliklərin hamısı bitməyə məhkumdur? Evlilik həqiqətən davam etdirilməsi çox çətin bir təşkilatdır. Özü də boşanma mərhələsi insanın ömründən ömür aparır. Nə edilsə də, boşanma nisbətinin artmasının da qarşısı alına bilinmir. İngiltərədə boşanma nisbəti 45 faizi keçdiyi üçün cəmiyyət "ömürlük evlilik" yerinə "müvəqqəti evlilik" təklifini müzakirə etməyə başlayıb. Bu təklif evliliyin 10 illik bir müqavilə ilə edilməsini, 10 il bitərkən cütlüklərin evliliklərini yenidən gözdən keçirib davam edib-etməyəcəklərinə qərar verməsini nəzərdə tutur. Milli.Az "Posta"ya istinadən xəbər verir ki, təklifin səbəbi də belə açıqlanır: "Ölənə qədər birlikdə qala bilmək real deyil. Cütlüklər 10 il yaxınlaşarkən evliliklərini yenidən qiymətləndirə bilərlər. Bu da o vaxta qədər əhəmiyyət vermədikləri bəzi mövzulara yenidən nəzər salmalarını təmin edəcək. Beləcə, əgər davam etdirəcəklərsə də daha sağlam bir evliliyi davam etdirəcəklər. Yəni deyilir ki: müvəqqəti evlilik evliliyin ömrünü uzada bilər.
Ankarada "zombi" variantı: uduzan kim oldu? - VİDEO
Ta qədim zamanlarda hər hansı ölkənin elçisinin, indiki dillə desək, səfirinin öldürülməsi qarşı tərəfə müharibə elan etmək anlamına gəlirdi. Ötən gün Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi isə müharibəyə çağırış deyildi.
"Bəzən cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına auditorlar da cəlb olunur"
"Son illərin hadisələri sübut etdi ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur".
Jirinovski: "Gözləyirdilər ki, Türkiyəyə ultimatum verək"
"Əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin təəssüflər olsun ki, çox şahidi oluruq. Bu adətən müharibə şəraitində və ya düşmənçilik edən ölkələrdə olurdu. Lakin bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Sözsüz ki, bu sui-qəsd aksiyası təribatdır. Məqsəd Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasını pozmaqdır". Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.
ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı
Bu gün ABŞ-ın Ankaradakı səfirliyi baş verən iki atışmanın səbəbindən bağlı olacaq. Bu barədə ABŞ-ın Ankaradakı səfirliyinin "Twitter"dəki səhifəsinə istinadən xəbər verir.
Rusiya səfirini öldürən polislə bağlı yeni məlumatlar
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd həyata keçirən polis əməkdaşı Mert Altıntaş ilə bağlı yeni məlumatlar bəlli olub.
Bu ölkənin səfiri rus diplomatın qətlinə görə ifadə vermək istəyir
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada rəsm sərgisinin açılışında polis məmuru Mövlud Mert tərəfindən öldürülməsi beynəlxalq aləmdə rezonans doğurub. Həmin tədbirdə iştirak edən Qırzğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov lazım olacağı təqdirdə şahid kimi ifadə verməyə hazır olduğunu bildirib.
Nazarbayevdən Putinə: "Baş verənlər göstərdi ki..."
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinə teleqram göndərib. Qazaxıstan lideri Ankarada öldürülən səfir Andrey Karlovla əlaqədar Vladimir Putinə başsağlığı verib. O, məktubunda vurğulayıb ki, baş verən hadisə bir daha göstərir ki, terrora qarşı birləşmək lazımdır.
Ehtiyatlı olun: Ana Facebookda adi səhv etdi, uşağını itirdi
İnternet və sosial şəbəkələr bir anda insanın həyatını elə dəyişə bilər ki, özünüz belə biməzsiniz bu necə oldu. Bu həm yaxşı. həm də pis tərəfə ola bilər. Bəzən isə bu pis, hətta faciə ilə belə nəticələnə bilər. Bu bədbəxt ana öz acı təcrübəsini sizinlə bölüşür ki, belə səhvi heç kim etməsin.
Ankarada ABŞ səfirliyi qarşısında atəş açan terrorçu yaxalandı
Ankarada Rusiya səfirinə qarşı törədilmiş terror hadisəsindən sonra daha bir terrorçu ABŞ səfirliyi qarşısında silahlı hücum zamanı hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Trampdan qətlə yetirilmiş rusiyalı səfirlə bağlı sərt- BƏYANAT
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
"Qanunsuz uşaq dünyaya gətirənlər üçün qaynar xətt yaradılmalıdır"
“Qanunsuz uşaq dünyaya gətirən analar üçün qaynar xətt və ya reklam xarakterli sosial çarxlar olmalıdır. Əks halda bu vəziyyətdə olan qadınlar hara və necə müraciət etməli olduqlarını bilmirlər”. Bunu açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.














