Bu ölkənin səfiri rus diplomatın qətlinə görə ifadə vermək istəyir

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada rəsm sərgisinin açılışında polis məmuru Mövlud Mert tərəfindən öldürülməsi beynəlxalq aləmdə rezonans doğurub. Həmin tədbirdə iştirak edən Qırzğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov lazım olacağı təqdirdə şahid kimi ifadə verməyə hazır olduğunu bildirib.

"Mən Türkiyədə Rusiya səfirinin qətli üzrə bütün lazımlı ifadələri verməyə hazıram", - deyə o söyləyib.
Diplomat hadisə vaxtı müşahidə etdiklərindən də danışıb:
 
"Atəş açıldı, mərasimdə olanların hamısı yerə uzandı. Terrorçu güllələyirdi və "Allahu-əkbər" qışqırırdı. Hadisədən qabaq terrorçunun pencəyinin yaxasında xüsusi nişan parıldayırdı. Buna görə də biz elə bildik ki, o, mühafizədəndir".
 
Qeyd edək ki, hadisədən sonra Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31