Ankarada ABŞ səfirliyi qarşısında atəş açan terrorçu yaxalandı

Ankarada Rusiya səfirinə qarşı törədilmiş terror hadisəsindən sonra daha bir terrorçu ABŞ səfirliyi qarşısında silahlı hücum zamanı hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. 

Ankarada Rusiya səfirinə qarşı törədilmiş terror hadisəsindən sonra daha bir terrorçu ABŞ səfirliyi qarşısında silahlı hücum zamanı hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Məlumata görə, Kavaklıdere məhəlləsi, Nevzat Tandoğan prospektində, Rusiya səfiri Andrey Karlova sui-qəsd olunan Müasir Sənətlər Mərkəzinin yaxınlığında yerləşən ABŞ səfirliyinin qarşına gələn terrorçu Şahin S. pnevmatik tüfənglə havaya atəş açmağa başlayıb. O, 8-9 dəfə atəş açdıqdan sonra səfirliyin təhlükəsizliyini qoruyan polislər tərəfindən müdaxilə edilib. Hadisə yerinə çoxlu sayda polis qrupları cəlb olunub və geniş təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçu Çankaya polisinə aparılıb. O, polis avtomobilinə mindirilərkən "Allaha and içirəm. Bizimlə oynamayın ", deyə qışqırıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31