Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə yola düşəcək
Rusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək.
20 Dekabr 2016 11:39 DünyaRusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək. Ötən gün RF və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər. Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".
A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31