AEM-də dərman vasitələrinə nəzarətin gücləndirilməsinə dair iclas keçirilib

Ötən gün Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

Ötən gün Nazirlər Kabinetində "Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi" mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

Müşavirədə iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Mərkəzin akt zalında əməkdaşların iştirakı ilə iclas keçirmişdi. Direktor müşavirədə müzakirə olunanlardan irəli gələn məsələləri əməkdaşlara çatdırmış, müvafiq şöbələrə tapşırıqlar vermişdi.

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına, Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə, Əczaçılıq subyektləri ilə iş şöbəsinə gücləndirilmiş iş rejimində işləməyi göstərişi verilmişdi.

Mərkəzin rəhbərliyi dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi tapşırığını vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31