İsveçdə Azərbaycanla bağlı tədbir keçirilib
Dünya Azərbaycanlıları Assambleyası İsveçin Akarp şəhərində “Azərbaycanı dünyaya tanıdaq devizi altında” tədbir keçirib.
20 Dekabr 2016 12:07 SosialDünya Azərbaycanlıları Assambleyası İsveçin Akarp şəhərində "Azərbaycanı dünyaya tanıdaq devizi altında" tədbir keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirə yerli isveçlilərlə yanaşı, bu ölkədə yaşayan digər xalqların nümayəndələri, Almaniya, Rusiya, Danimarakadan qonaqlar qatılıb. Tədbiri Dünya Azərbaycanlıları Assambleyası mədəniyyət, gənclər və turizm məsələləri üzrə vitse prezidenti Aida Məmmədova açaraq qonaqları salamlayıb. O, Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi haqqında qonaqlara geniş məlumatlar verib və iştirakçıları bu zənginliklərlə yaxından tanış olmaq məqsədi ilə Azərbaycana səfər etməyə dəvət edib. Tədbir "Azərbaycan" haqqında təqdimat filmi ilə davam edib. Filmdə Azərbaycanının zəngin mədəniyyəti, tarixi abidələri, turizm bölgələri haqqında məlumat verilib.